Keçid linkləri

Təcili xəbərlər

Nifrət də modadır?


Vladimir Putin və Serzh Sarkisian - 2013
Vladimir Putin və Serzh Sarkisian - 2013

-

ÜÇ ÜSTƏ GƏL BİR DÖRD OLMADI...

Avrasiya İttifaqının Astanada toplaşan üç lideri Ermənistan rəhbərini öz toplantılarına dəvət etməyi lazım bilmədilər. Halbuki bu günlərdə Avrasiya İttifaqı ilə bağlı çox mühüm məsələyə dair - vahid valyuta ilə əlaqəli sənədlərin hazırlanması haqda Vladimir Putin-in göstərişi oldu... Prosesdə ləngimələr baş verməsə, sənədlərin hazırlanması bu ilin sentyabrınadək başa çatmalıdır...

Ermənistanın bu İttifaqa qəbulu da aşağılayıcı atmosferdə keçmişdi. Nədən belə olur? Çünki Rusiya Ermənistanı ciddi dövlət saymır, ondan o dərəcədə «arxayın»dır ki, hətta məsələlərə münasibətini öyrənməyi də gərəkli bilmir...

Burada yadımıza maraqlı bir detal düşür. İndi bütün dünyada Abxaziya və Cənubi Osetiya, az qala, Gürcüstanın «bacarmadığı ölkələr» kimi təqdim olunur. Amma Vladimir Putin bu bölgələrin liderlərini ayrılıqda qəbul etməyi belə vacib saymır, onları birlikdə qəbul edir...

Belə getsə, Ermənistan da bu hala, bu duruma gələcək. Ölkə hətta Avrasiya İttifaqı üçün də maraqlı görünmür, çünki nə istehsal gücü var, nə də istehlak...

BAŞQA CÜR DƏ OLA BİLƏRDİ...

Amma Ermənistan bu vəziyyətdən çıxa bilərdi. Bunun yolunu Azərbaycan və Türkiyə dəfələrlə ona göstərib. Di gəl, Ermənistan eşitmir.

Ümumi rəy budur ki, Ermənistan bölgədə Rusiyanın geosiyasi sifarişlərini yerinə yetirir və, Rusiya siyasətçilərinin də dediyi kimi, ölkə onların «forpost»udur.

Düzdür, bu fikirlə tam razı deyilik. Misal var, deyir ki, Rusiyada bir varsa, Ermənistanda ikidir. Həmişə düşünmüşük: bu ölkə tam Rusiya maraqlarının passiv ifadəçisi də deyil - Ermənistanda, doğrudan da, türklərə böyük nifrət var. Onlar, həqiqətən, öz miflərinin kor əsirinə çevriliblər. Əks təqdirdə ikiəsrlik müddət boyunca Rusiyanın bölgədəki imperiya maraqlarının ifadəçisinə çevrilməzdilər...

Onların həmin nifrəti vaxtilə bu «oyun»lara təkan verən Mikhail Gorbachev-i də təəccübləndirmişdi. Zəlzələ ucbatından Ermənistana baş çəkən Gorbachev heyrətlə deyirdi ki, bu nə deməkdir, dağıntılar arasından güclə xilas edilənlər də elə eyni şeyi soruşur: Qarabağı Ermənistana verdilərmi?

AZACIQ ETNOPSİXOLOGİYADAN...

Yerevanda Türkiyə bayrağını yandırırlar – 23 aprel 2013
Yerevanda Türkiyə bayrağını yandırırlar – 23 aprel 2013

Etnopsixologiya millət, xalq və cəmiyyətlərin psixologiyasını öyrənir. Böyük psixoloqlar, o cümlədən Erich Fromm patologiyaları cəmiyyətlərə də aid edirdi. Onun fikrincə, bəzən cəmiyyətlər də sağlam olmaya bilər. Fromm bu xüsusda «Sağlam cəmiyyət» adlı çox maraqlı bir kitab da yazmışdı.

Təbii ki, bunu birbaşa, qeyd-şərtsiz Ermənistan cəmiyyətinə şamil edə bilmərik. Amma bu ölkənin ab-havasından bir psixoloji gərginlik sezilir və bunu müxtəlif vaxtlarda müxtəlif tədqiqatçılar diqqətə çatdırıblar.

YENİ İTTİFAQIN TƏKLİF ETMƏYƏ BİR ŞEYİ OLSAYDI...

Avrasiya adlı maskaradda isə bir məsələ də var. Vladimir Putin tələsir. O, bəlkə də,vahid Avrasiya valyutasına keçməklə milli valyuta böhranını aşmağı düşünür. Hərçənd, bu, çox mübahisəlidir...

Ermənistanı isə daim başqa məsələ qayğılandırır. Bu ölkə hamıdan daim nəsə umur - pulu olandan - pul, nefti-qazı olandan - neft və qaz, siyasi çəkisi olan ölkədənsə siyasi dəstək...

Amma Avrasiya İttifaqının yaxın vaxtlarda Ermənistana təklif etməyə yeni bir şeyi yoxdur. Elə o üzdən Rusiya, arada-sırada, Ermənistanla məsafə saxlayır.

TARİX İKİ DƏFƏ TƏKRALANIR...

Məsələnin daha bir acı tərəfi də budur. Amma bundan da acı odur ki, Rusiya prezidentinin öz intellektual və mənəvi göstəriciləri heç də az şübhə doğurmur...

O, bəlkə də, anlamır ki, tarix iki dəfə təkrarlanır. Bir dəfə komediya, bir dəfə də faciə janrında...

Təbii ki, Putin-in buna əminlik imkanı olacaq. Bəlkə də ondan soruşmaq olardı ki, nə verdi sizə bu Avrasiya İttifaqı? Nə verdi sizə Krım?.. Ölkə azacıq dirçəlmişdi və insanlar mənəvi-sosial böhrandan çıxmaq ərəfəsində idilər. Amma nə oldu? Və ən başlıcası, bunların bir xeyri oldumu?..

Axı, bəlkə də, Boris Nemtsov-u elə doğrudan da dini ekstremistlər qətlə yetirib. Bunu inkar etməyə tutarlı dəlillərimiz yoxdur. Amma bir sual doğur: Səbəb nə idi? Axı Nemtsov ekstremistlərin hədəfinə çevrilmək üçün ciddi nə etmişdi?..

Boris Nemtsov-un qətli - 27 fevral 2015
Boris Nemtsov-un qətli - 27 fevral 2015

Bircə anlığa yüzə-yüz qəbul edək ki, Nemtsov-u elə dini ekstremistlər qətlə yetirdi. Amma... amma müxalifətin böyük mitinqi də təxirə salındı. Bu da faktdır. İndi Rusiyada hamı qorxur. Bu da daha bir faktdır...

Nədən qorxurlar? Boris Nemtsov-un taleyini yaşamaqdan qorxurlar. Biz ekstremistlərə həmişə şübhəylə yanaşmışıq, çünki bu adamlar bir çox hallarda xüsusi xidmətlərlə bağlı olurlar...

NİFRƏT DƏRSLƏRİ...

Ermənistandan Rusiyaya keçdik. Səbəb? Yadımıza bir neçə il əvvəl Ermənistan parlamentində törədilmiş terror aktı düşdü. Düşünürük ki, bəlkə Ermənistanda da bu vəziyyətdən az da olsa büzənlər var. Əlbəttə, var. Sadəcə, bunu açıq dilə gətirə bilmirlər. Qorxurlar...

Bu ssenari, bu ton haradan gəlir? Bir ünvan göstərəcəyik. Həmin ünvana baxanda düşünürsən ki, sanki nifrət də orada modaya çevrilib. Nifrət etmək də bir dəbdir - orada nifrin yazmaq, qarğımaq, kiminsə qarasınca deyinmək olar, tünlükdür, axı... Bu ünvan, təəssüf ki, bugünkü Rusiyadır...

Ermənistan özünün günlük problemləri ilə də məşğul ola bilərdi. Amma olmur. Az qala hər gün Azərbaycanın mövqelərinə hücum edir. Nə istəyir? Niyə belə edir?..

Deyirlər ki, babalarımızın qisasını alırıq. Amma daha yaxşı olmazdımı ki, onlar babaları haqqında düşündükləri kimi, arabir nəvələrini də fikirləşsinlər?

Rusiya telekanallarına baxmaq olmur. Ukrayna haqqında dünyanın ən əcaib bir dövləti kimi söz açılır. Vurğu eynidir, ton eynidir. Bəlkə elə ssenari də eynidir; imkan vermirlər ki, nifrət bir az səngisin, azalsın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG