Keçid linkləri

YouTube-un 360 dərəcə fırlanan videoları (BAX)


-

Ötən ay 10 yaşını qeyd edən YouTube videoportalı yeniliklərinə davam edir.

Burada artıq 360 dərəcə fırlana bilən videolar yükləmək və izləmək mümkündür.

Bu barədə xidmətin rəsmi səhifəsində məlumat verilir.

YouTube istifadəçilər öz kanallarına bu tip videoları yükləyib, kompüterdə, planşetdə, smartfonda və digər sensorlu cihazlarda izləyə bilərlər. Tamaşaçı indiyə qədər kameranın arxasında və ya kənarlarında qalan görüntülərə də baxa bilir, görüntü kompüter oyunlarındakı kimi komanda ilə istədiyin tərəfə fırlanır.

Kompüterdən videonu açan zaman yuxarı sol küncdəki “ok” düyməsindən istifadə edərək, videonun baxmaq istədiyin seqmentini və baxış bucağını seçmək olar.

Mobil və planşetlərdə cihazı sağa, sola, yuxarı, aşağı əyərək görüntünü fırlatmaq olur. Android mobillərindən mümkün olan 360 dərəcə video funksiyası hələki iPhone və iPad-lar (iOS platformalı cihazlar) üçün istifadəyə açıq deyil.

(360*videonu test elə. Kursoru görüntünün üstünə sıxıb baxış bucağını dəyiş)

XS
SM
MD
LG