Keçid linkləri

Əsrin borusu...


Gürcüstan prezidenti Giorgi Margvelashvili (solda), Azırbaycan prezidenti İlham Əliyev (mərkəzdə) və Türkiyə prezidenti Recep Tayyip Erdogan Qarsda TANAP layihəsinin imzalanması mərzisimi zamanı Heydər Əliyevin adını daşıyan məktəbin də açılışını edirlər. 17 mart 2015

Gürcüstan prezidenti Giorgi Margvelashvili (solda), Azırbaycan prezidenti İlham Əliyev (mərkəzdə) və Türkiyə prezidenti Recep Tayyip Erdogan Qarsda TANAP layihəsinin imzalanması mərzisimi zamanı Heydər Əliyevin adını daşıyan məktəbin də açılışını edirlər. 17 mart 2015

.

RİSQ ETMƏK DƏ OLMUR, ETMƏMƏK DƏ...

Məsəl var deyirlər ki, risq etməyən şampan da içməz. Bu baxımdan büdcəsi təxminən 7 milyard dollar olan TANAP layihəsini də məqsədəuyğun saymaq və daha bir böyük layihənin hansı sosial, siyasi və hətta “geosiyasi” nəticələrə gətirib çıxaracağını səbrlə gözləmək olar...

Amma əksər iqtisadçıların fikri budur ki, Azərbaycan üçün böyük neft və qaz pulları dövrü artıq arxada qalıb. Düzdür, Azərbaycan ilk böyük neft layihəsini imzalayanda, neft hətta indikindən də ucuz qiymətə satılırdı... Elə bu səbəbdən ən optimist insanlar hələ də neft və qazın bahalaşacağını gözləyirlər...

Bəlli olduğu kimi, TANAP böyük qaz layihəsidir. Amma indiki vaxtda, bir az əvvəldə qeyd etdiyimiz kimi, qazın qiyməti də bir o qədər cəlbedici görünmür. O üzdən daxildə bir çox iri layihələri təxirə salan Azərbaycanın TANAP-dan daha çox siyasi dividend və siyasi nəticələr umduğu düşünülür. Məsələ bundadır ki, TANAP Avropaya istiqamət götürən ilk alternativ böyük qaz layihəsidir...

ALTERNATİV ENERJİ: REALLIQ, YOXSA ŞİŞİRTMƏ?

Dünyada alternativ enerji mənbələrinə çox böyük xərclər yönəldildiyini danmaq olmaz. Bunu gözə alan bəzi ekspertlərin də fikrincə, Azərbaycan öz neft və qazını dünya bazarına nə qədər tez çıxarsa bir o qədər irəli düşər, çünki yaxın gələcəkdə alternativ enerji qaynaqları ənənəvi mənbələrlə rəqabət aparmaq gücündə olacaq....

Neft sektoru iqtisadi islahatlara o qədər də ehtiyac duymur - neft çıxır, satılır və pul gətirir... Amma qeyri-neft sektoru belə deyil, az qala, bütün iqtisadi münasibətlərin dəyişməsini istəyir...

Yeni nəfəs almadan qeyri-neft sektorunun inkişafı mümkün deyil. Oliqarxik kapitalizmdə azad rəqabət olmur, inhisarçılıq iqtisadiyyatın bütün sahələrini boğur...

Bu məntiqlə hesablaşmamaq çətindir. Alternativ enerji mənbələri də bu günün və ya dünənin məsələsi deyil. Dünyada çoxdan bu istiqamətdə böyük işlər görülür. Belə böyük işlərin görüldüyü ölkələrdən biri də elə ABŞ-ın özüdür.

Di gəl, sual doğur: yaxın vaxtlarda alternativ enerji mənbələri neft və qazla rəqabət aparmaq imkanında olacaqsa, nədən ABŞ özünün ehtiyatlarını hələ də tam gücü ilə bazara çıxarmır?

Bu sualın daha məntiqli cavabı budur ki, karbohidrogen ehtiyatları tükənən ehtiyatlardan sayılır və elə o üzdən alternativ enerji mənbələri axtarılır.

2018-ci ildə işləyəcəyi güman edilən TANAP bu baxımdan alternativ enerji mənbələrinin axtarışını önləmək məqsədi güdmür... BP layihəyə qoşulmasaydı, onu “əsrin aldatmacası” adlandırardıq. Amma BP də bu layihəyə qoşulur, deməli, layihə düşünülən qədər perspektivsiz deyil...

ÜMİD SƏNƏDİR, NEFTDƏNKƏNAR SEKTOR!..

Əvvəldə qeyd etdik ki, böyük pullar dövrü artıq arxada qalıb. Bunu, dolayı da olsa, hakimiyyət ekspertləri də etiraf edirlər. Onların da fikri budur ki, neft və qaz, demək olar, öz işini görüb, indi söz iqtisadiyyatın digər sektorlarınındır...

Amma bunu demək asan, reallaşdırmaqsa çox çətindir. Demirik ki, dövlət bu sahədə heç bir iş görməyib. Görüb, ancaq görülən işlər yetərli deyil. Məsələn, bu il ölkədə kənd təsərrüfatı ili elan edilib. Acı reallıqsa budur ki, ölkə hələ də özünü kənd təsərrüfatı malları ilə təmin edə bilmir...

Amma başqa yol da yoxdur. Azərbaycanın karbohidrogen ehtiyatları da elə bol deyil, bir neçə on ilə çata, ya çatmaya. Deməli, ölkə neftdənkənar sektoru irəli daşımağa məhkumdur...

Bu da var ki, neft-qaz sektoru ilə qeyri-neft sektoru arasındakı fərq yalnız intensiv və ekstensiv inkişaf yolları arasındakı fərq deyil...

NEFTDƏNKƏNAR SEKTOR İSLAHAT TƏLƏB EDİR...

Neft sektoru iqtisadi islahatlara bir o qədər də ehtiyac duymur - neft çıxır, satılır və pul gətirir... Amma qeyri-neft sektoru belə deyil, az qala, bütün iqtisadi münasibətlərin dəyişməsini istəyir...

İndi işsizlik yenə artır, özəlliklə bölgələrdə. Demək, insanlar TANAP-a da bir neçə illik iş perspektivi kimi baxacaqlar...
Bu da təsadüfi deyil. Hələ “Əsrin müqaviləsi”ndən bəri camaat arasında belə bir deyim dolaşır: “bizim işimiz boru çəkməkdir, onun içində nə axır, hara axır, bu, artıq bizlik deyil...”.

Yeni nəfəs almadan qeyri-neft sektorunun inkişafı mümkün deyil. Oliqarxik kapitalizmdə azad rəqabət olmur, inhisarçılıq iqtisadiyyatın bütün sahələrini boğur...

Düzdür, beynəlxalq təşkilatların iqtisadi araşdırmalarında Azərbaycana yüksək indekslər verirlər. Bizi həmişə təəccübləndirən iqtisadiyyatın rəqabət indeksi olur.

Hər şeyi inkar etmək olmaz. Hiss olunur ki, ölkə iqtisadiyyatının dünya miqyasında gedən proseslərə qarşı immuniteti var. Amma böyük optimizm üçün də əsas yoxdur...

BORUNUN İÇİNDƏKİ BİZLİK DEYİL...

Təəssüf ki, Azərbaycanda milli sərvətin necə paylaşıldığı az araşdırılır. Ölkədə sərt sosial qütbləşmə gedir... Bakı, az qala, dünyanın ən bahalı şəhərlərindən birinə çevrilir...

Böyük neft pulları danılmaz təbəqələşməni, qismən də olsa, ört-basdır etməyə, əhalinin məşğulluğunu çoxaltmağa imkan verirdi. TANAP da bir neçə illik layihədir. İndi işsizlik yenə artır, özəlliklə bölgələrdə. Demək, insanlar TANAP-a da bir neçə illik iş perspektivi kimi baxacaqlar...

Bu da təsadüfi deyil. Hələ “Əsrin müqaviləsi”ndən bəri camaat arasında belə bir deyim dolaşır: “bizim işimiz boru çəkməkdir, onun içində nə axır, hara axır, bu, artıq bizlik deyil...”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG