Keçid linkləri

Təcili xəbərlər

İnstagram-da ən çox hansı filter istifadə edilir?


Arxiv fotosu
Arxiv fotosu

-

İlk dəfə 2010-cu ildə iOS platforması üçün istifadəyə verilən foto paylaşım şəbəkəsi Instagram qısa zamanda məşhurluq qazandı.

Şəbəkənin yüksəlişindən sonra 2012-ci ildə Facebook onu satın aldı.
Satın almadan sonra Instagram-da fotolara müxtəlif effektlər verən filterlərin sayı da artdı.

Hazırda 20-dən artıq foto filterinə sahib Instagram-da bu filterlərin rəsmi statistikası açıqlanıb.

Şəbəkənin rəsmi bloqunda verilən statistika olduqca maraqlıdır. Belə ki, Instagram-da ən çox istifadə olunan filter 81.5 faiz göstərici ilə “normal”, yəni effektsiz olub.

Müxtəlif filterlər olduğu halda, “normal”a üstünlük verilməsi təəccüblü görünə bilər.

Şəbəkənin ekspertləri bunu bir çox foto redaktə proqramlarının ortaya çıxması ilə bağlayırlar. İstifadəçilər müxtəlif seçənəkli bu proqramlarla fotoları düzəldib paylaşırlar. Beləliklə, Instagram artıq foto redaktədən çox sosial bir platformaya çevrilib.

XS
SM
MD
LG