Keçid linkləri

-

"Google" 2013-cü ildə “Android Device Manager” adlı proqramını təqdim etmişdi.

Android platformalı cihazlar üçün istifadə olunan bu proqram itmiş Android cihazları tapmağa imkan verir.

Proqramla itən cihaza səsli bildiriş göndərmək və ya “Google Maps” vasitəsilə mövqeyinə göz atmaq olar.

Eyni zamanda, əgər cihaz oğurlanıbsa, faylları ələ keçməmələri üçün silmək mümkündür.

Telefon səssiz rejimdə olduğu halda belə, istifadəçi uzaqdan ona yüksək səsli bildiriş göndərə bilər.

“Android Device Manager” proqramı yaxında “Android Wear” əməliyyat sistemli ağıllı saatlarda da işləyəcək.

Bu barədə "Google"un rəsmi bloqunda məlumat verilir.

Məlumata görə, “Android Wear”la işləyən ağıllı saatlar üçün “Android Device Manager” proqramını gələn həftədən yükləmək mümkün olacaq.

Hazırda isə proqramı Android cihazlar üçün “Google Play”dən yükləmək mümkündür.

XS
SM
MD
LG