Keçid linkləri

Təcili xəbərlər

Fotokollaj düzəltmək istəyən İnstagrama gəlsin


İllüstrasiya
İllüstrasiya

-

Müxtəlif fotoları maraqlı formada bir şəkildə birləşdirmək tələbatı çoxlarında yaranır. iPhone və iPad sahiblərinə bunun üçün artıq fotoşopa ehtiyyacı qalmır.

Foto paylaşıma şəbəkəsi Instagram yeni proqram yaratmaqla istifadəçilərə belə bir imkan yaradır. “Layout” adlanan proqram fotolardan kollaj yaratmağa imkan verir.

Bu barədə rəsmi bloqunda məlumat yayan Instagram vəd edir ki, tezliklə eyni funksiyanı Android istifadəçiləri üçün də yaradacaq.

Layout vasitəsilə arxivdən istənilən fotoları seçib kollaj yaratmaq və onu paylaşmaq olur. Proqram 9-dək fotonu bir şəkildə birləşdirə bilir. İnstaqram ümid edir ki, kollaj yaradanda fotolara müxtəlif effektlər vermək, onları redaktə etmək inkanı istifadəçilərin marağına səbəb olacaq.

Proqramda “Photo boost” özəlliyi var ki, ani vaxt ərzində bir neçə foto çəkib kollaj halına salır.

Proqramın niyə məhz iOS sistemlərindəki tətbiq birinciliyinə aydınlıq gətirilmir. Amma yeni funksiya uğurlu alınarsa, Apple-Andorid rəqabətinə yeni sürət verə bilər.

XS
SM
MD
LG