Keçid linkləri

-
Facebook-a yeni qoyulmuş postlar nə qədər gözə çarpırsa, aylar, illər əvvəlki postları tapmaq bir o qədər çətindir. Amma istifadəçilərin tez-tez Facebook-da köhnə statuslarına, fotolarına və digər paylaşımlarına baxmaq tələbatı yaranır.

Bunu nəzərə alan, FB “On this day” (keçmişdə bu gün) funskiyası tətbiq edib. Bu yenilik sosial şəbəkədə keçmişə nəzər salmağı asanlaşdıracaq.

Facebook newsroom-da verilən məlumata görə, yeni özəllik imkan verir ki, istifadəçilər keçmişdə bu gün nə paylaşdıqlarını, hansı şərhləri yazdıqlarını, nəyi "like" etdiklərini, bir sözlə, vaxtilə Facebook-dakı aktivliyinin mənzərəsini yarada biləcək. Bu "mənzərəni" paylaşmaq da olar.

Ən faydalı xüsusiyyət isə istifadəçilərə arxiv postlarını redaktə etmək, bəyənmədiklərni pozmaq və ya onun "hamı"nın gözlərindən gizlətmək də olar.

Facebook bildirir ki, özəllik tezliklə bütün dünya istifadəçiləri üçün əlçatan olacaq. Xidməti həm mobildən. həm də web-dən istifadə etmək olacaq.

XS
SM
MD
LG