Keçid linkləri

Təcili xəbərlər

WhatsApp-dan telefon zəngləri


Whatsup
Whatsup

Mobil operatorların SMS xidməti ilə ciddi rəqabətdə olan WhatsApp yeni funksiyası ilə ənənəvi mobil zəngləri bazarındakı müştəriləri də özünə çəkə bilər.

-

Whatsapp bir müddət əvvəl elan etdiyi zəng xidməti işə salır. Şirkət artıq bir neçə gündür istifadəçilərinə yeni xidməti haqda məlumatlar göndərir. Zəng funksiyasından Android istifadəçiləri faydalana bilir.

Proqramın yeni versiyası hələ çıxmasa da, zəngi aktivləşdirmək üçün sonuncu-2.12.19 versiyasını yükləmək lazımdır. Bundan sonra proqram yeni interfeysdə açılacaq. Son versiyanı işlədənlər isə artıq zəng funksiyanı görür.

Proqramda ayrıca “calls”( zənglər) bölməsi açılır. Bu bölmədən gələn, gedən və itirilən zənglərə nəzər salmaq olar.

Kiminləsə elə yazışarkən və ya kontaktdan seçib zəng etmək olar. Bir şərtlə ki, qarşı tərəf də proqramın son versiyasından istifadə etsin və online olsun. Zəng etdiyiniz şəxs online deyilsə, istifadəçilər sadəcə cavabsız zəng səsləri eşidir.

Həmin şəxs proqramı açdıqda ona zəng olduğundan xəbər tutur.

Whatsapp iOS platformasında da funksiyanı aktivləşdirməyi planlaşdırır, elan edib ki, bunu yaxın günlərdə həyata keçirəcək.

Mobil operatorların SMS-ləri ilə ciddi rəqabətdə olan WhatsApp yeni funksiya yaratmaqla ənənəvi mobil zəngləri bazarındakı müştəriləri də özünə tərəf çəkə bilər.

XS
SM
MD
LG