Keçid linkləri

-

ON İLLƏRLƏ AVROPANIN KANDARINDA...

Bəlkə də durum düşünülən qədər dramatik deyil, amma Türkiyə hökumətinin cavab bəyanatlarındakı gərginlik, açıq-aşkar şəkildə duyulur. Hiss olunur ki, beynəlxalq qurum və hökumətlərin ard-arda gələn qərarları «yaşıl ada» diplomatlarını əməlli-başlı qayğılandırır...

Başqa cür ola da bilməzdi. Söhbət təkcə ermənilərin «soyqırımı» iddialarının tanınmasından getmir. Söhbət iddialar tanındığı, müxtəlif öhdəliklərin qüvvəyə mindiyi halda Türkiyə dövlətinin və türk millətinin imicindən gedir...

Ədalətsizlik ağır məsələdir. Türkiyə onu illərcə yaşadı. Ölkə on illərlə Avropanın kandarında dayandı. Ona «bu gün-sabah içəri buraxacağıq!» dedilər, amma... Amma belə çıxdı ki, Avropa Birliyinin Türkiyəyə, Türkiyənin də Avropa Birliyinə ehtiyacı yoxdur...

Avropa Birliyini deyə bilmərik, amma Türkiyənin bu quruma böyük ehtiyacı vardı. Məsələ problemin heç maddi tərəfində də deyil. Bu gün Avropa Birliyinin üzvü olan Yunanıstan böyük iqtisadi böhran yaşayır və bu ölkə, əslində, defolt ərəfəsindədir. Türkiyə belə təhlükələrdən çox uzaq təsir bağışlayır - onun inkişaf göstəriciləri daha yaxşı gələcəyə ümid oyadır...

Amma bir daha deyirik ki, Avropa Birliyi Türkiyəyə lazım idi - öziqtisadiyyatını irəliyə daşımaq, qitədə möhkəmlənmək baxımından önəmli sayılırdı...

Bəzən düşünürəm ki, «soyuq savaş» bir az da uzun sürsəydi, bəlkə də Türkiyəni Avropa Birliyinə götürərdilər. Avropaya, ən azı, Türkiyənin hərbi gücü lazım idi...

Di gəl, «soyuq savaş» bitdi. Şərqi Avropa ölkələri sovet təsirindən qurtuldu və demək olar, hamısı Avropa Birliyə qəbul edildi. Elə bu üzdən sual doğur: Məgər Birliyə daxil olmaq üçün Türkiyənin iqtisadi parametrləri həmin ölkələrdən zəif idi?

Bəlkə azərbaycanlılar da 100 yox, heç olmasa, 50 il dayanmadan çalışsalar, Xocalı hadisəsi də tanınacaq...

ELƏ BİL YARIŞDIR...

Yaxşı ki Türkiyə sınmadı və öz potensialını yüksəltmək yolunu tutdu... Görünür, bu da kiməsə xoş gəlmədi və üzücü «soyqırımı» silsiləsi başlandı. Dövlətlər və başqa qurumlar, ard-arda, tarixi araşdırmadan və türklərin arqumentlərini zərrə qədər önəmsəmədən qərar qəbuluna start verdilər...

Sıra Avropa Parlamentinə çatdı və o da öz qətnaməsində bu olayı, əslində, tanıdığını açıqladı...

Bəzən türkləri sözügedən olayın gerçək motivasiyasını anlamamaqda və ya anlamaq istəməməkdə qınayırlar və bu zaman Qərb dünyasının insan haqlarına, özəlliklə azlıqların hüquqlarına xüsusi diqqətini əsas götürürlər. Farslar demişkən, xub! Bəs onda həmin Qərb dünyası «kağızın o biri üzündə yazılanları» niyə oxumur?

Yox, qərəz axtarmırıq, amma Ermənistan hələ heç kimə Xocalı qətliamı kimi tükürpərdici olaydan sənədli görüntülər təqdim edə bilməyib. Bu ölkə hələ heç kimə Qubadakı kütləvi məzarlıq kimi bir gerçəyi tapıb göstərməyib... Di gəl, onlara inanırlar...

Düzdür, bu inamı qazanmaq üçün 100 il çalışmaq lazım gəlib. Bəlkə azərbaycanlılar da 100 yox, heç olmasa, 50 il dayanmadan çalışsalar, Xocalı hadisəsi də tanınacaq...

KEÇMİŞ MÜBAHİSƏLİ, BU GÜN GERÇƏKDİR...

Amma Avropa yalnız qətliamları tanımaq üçünmü lazımdır? Nədən Qarabağla bağlı həmin ölkələr hələ bir dəfə də əməlli-başlı qərar qəbul etməyiblər?.. Doğrudanmı Avropa ölkələrindəki hökumətlərin hamısı erməniəsilli seçicilərdən asılıdır?

200-250 il əvvəl ABŞ-da ilk demokratiya qurularkən nə Avropa Şurası vardı, nədə Avropa Birliyi... Amma qurdular! Ona görə ki, millət belə istədi. Deməli, türklər də bunu istəməlidir, özü də çox və lap çox!

İnanmırıq ki, belə olsun. Bəs nə etməli? Türklər ağlayıb-sızlamağa öyrəncəli deyillər. Bəlkə o üzdən siyasətin bəzi parametrləri onlarda başqaları kimi alınmır. Əslində ağlamaq, sızlamaq da bir şey deyil. Bəs nə etməli?

ABŞ DEMOKRATİYA QURANDA...

Bu yaxınlarda bir xəbər yayıldı ki, Türkiyə yaxın 4-5 ilə AES inşa edəcək və nüvə enerjisindən dinc məqsədlər üçün yararlanan ölkələr sırasına qoşulacaq. Çıxış yolu, yəqin ki, budur - Türkiyə də inkişaf etməli və əsl sənaye və postsənayeölkəsinə çevrilməlidir...

Danmaq olmaz ki, Avropa Birliyi çox mühüm qurumdur. Amma bu o demək deyil ki, bu qurumdan kənarda heç inkişaf yoxdur. Qətiyyən belə deyil. Ondan kənarda olan və yetərincə inkişaf edən, hətta dünyanın iqtisadi öncülləri sırasına çıxan ölkələr var!..

Türkiyə də onlardan biri ola bilər və olmalıdır. Doğrusu, Avropa ilə əməkdaşlığın siyasi nəticələri bizim üçün daha önəmli olub. Azərbaycanla da bağlı belə düşünmüşük, Türkiyə ilə də...

Avropa nə deməkdir? O deməkdir ki, ona qoşulan ölkə birdəfəlik demokratiya yolundadır. Amma nə etmək olar? Avropa bu tarixi xidməti Türkiyəyə çox gördü. Düzdür,bunun bir başqa tərəfi də var. 200-250 il əvvəl ABŞ-da ilk demokratiya qurularkən nə Avropa Şurası vardı, nədə Avropa Birliyi... Amma qurdular! Ona görə ki, millət belə istədi. Deməli, türklər də bunu istəməlidir, özü də çox və lap çox! Bəlkə o zaman stereotiplər də aradan qalxar və bu ölkəyə inanıb-güvənənlərində sayı çoxalar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG