Keçid linkləri

Bu həftə də sovuşacaq...


Yerevanda «erməni soyqırımı»nın ildönümü münasibətilə məşəl yürüşü – 23 aprel 2014

Yerevanda «erməni soyqırımı»nın ildönümü münasibətilə məşəl yürüşü – 23 aprel 2014

-

HƏYAT BƏZƏN ONSUZ DA YORUCU...

Bəzən gündəlik həyat adamı o qədər yorub-bezikdirir ki, düşünürsən: keçmişə dönməkdən, ötüb-yaşanmış acıları onsuz da ağır olan bugünlərə gətirməkdən nə fayda? Həyatı bir az da ümidsiz, bir az da cansıxıcı etməyin nə mənası var? Çalışıb keçmişi təbəssümlə xatırlamaq, ondan yalnız gələcəyə yardımçı ola biləcək şeyləri götürmək lazımdır...

Amma bu sətirləri yazdım və dərhal bu həftəyə tuş gələn 24 apreli xatırladım... İnşallah, böyük problem olmaz və sovuşar.

Təsəvvür edin, yüz ilin kini-küdurəti bu həftə öz finalına çatacaq. Yüz ildir toplanan bu kin-küdurət indi dəhşətli bir düyünə çevrilib...

Mənə qalsa, çox istərdim ki, bu 100-cü 24 aprel iddiası iki xalq arasında əsl barış gününə çevrilsin... Bəzən görürsən ki, hətta ən böyük ağrı-acı və ya kin-küdurət onca ilə sovuşub keçir. Sanki tarixin küləyi sovurub aparır. Onda qala, 100 il ötə...

100 İLİN SİZİFLƏRİ...

Bir çox hallarda müxtəlif səbəblərdən siyasətçi və diplomatların işindəki məşəqqətli tərəfləri görə bilmirik. Subyektiv detallar bəzən onları görməyə mane olur. Amma gerçəkliyin öz məntiqi, öz diktəsi var...

...Dedik ki, bu həftə də sovuşub keçəcək. Əlbəttə, sovuşacaq, ancaq bu «soyqırımı» epopeyasına son qoyulacaqmı? Bu yolda usanmaq bilməyənlər usanacaqlarmı? Heç olmasa, 100 ildən sonra nifrətin, kin və küdurətin heç nəyi həll etmədiyini, bu dünyada heç kimə yaxşılıq gətirmədiyini anlayacaqlarmı?..

...Amma ümid azdır. Böyük ehtimalla proses sürəcək. O üzdən daha əvvəl yazdığım bir fikrə qayıtmaq istərdim: Bir görün, Türkiyənin diplomat və siyasətçiləri nə qədər əzab-əziyyət çəkirlər?..

Heç olmasa, 100 ildən sonra nifrətin, kin və küdurətin heç nəyi həll etmədiyini, bu dünyada heç kimə yaxşılıq gətirmədiyini anlayacaqlarmı?..

...Bunun ən pis tərəfi münasibət məsələsidir. Təsəvvür edin, «soyqırımı»nın tanındığı hər bir ölkədə türklərə, onların diplomatlarına, siyasət adamlarına xoşagəlməz münasibət formalaşır... Hər dəfə bu insanlar belə münasibəti və qəlibləşmiş yanaşmaları dəf etməli olurlar...

Bəlkə də burada müqayisə yerinə düşmür, amma azərbaycanlıların böyük əksəriyyəti bunun kiçik bənzəriylə Sumqayıt hadisələrindən sonra qarşılaşmışdılar. Bu hadisələr necə olmuşdu, olaya kimlər qatılmışdı, kim bu olaya rəhbərlik və bələdçilik etmişdi, indi bunu hamı bilir...

Amma o vaxt Azərbaycandan kənara çıxmaq mümkün deyildi. Hara gedirdin, hara üz tuturdun, azərbaycanlı olduğunu bilincə, heç fərqinə varmadan, sübut-dəlillərlə maraqlanmadan elə eyni sualı yağdırırdılar: «Orada erməniləri niyə qırırsınız?..».

Bilirsiniz, bunu eşitmək necə ağır idi?! Dinc xalq olduğumuza, olayın filan cür baş verdiyinə inandırmaq üçün dəridən-qabıqdan çıxırdın. Hətta onu da deyirdin ki, prosesdə erməniəsilli insanların özü fəallıq göstərib... Amma eşidirdilərmi? Başa düşmək istəyirdilərmi?

Yalnız hadisənin üstündən illər keçəndən sonra, onun təfərrüatları dəfələrlə açıqlanandan sonra, həm də zaman öz işini görəndən sonra münasibət azacıq dəyişməyə başladı...

Hara gedirdin, hara üz tuturdun, azərbaycanlı olduğunu bilincə, heç fərqinə varmadan, sübut-dəlillərlə maraqlanmadan elə eyni sualı yağdırırdılar: «Orada erməniləri niyə qırırsınız?..».

Bir daha deyirik ki, bununla heç də 100 il əvvəl «soyqırımı»nın olduğunu demək istəmirik və bunu bir az əvvəl də qeyd etdik. Sadəcə, bunun ətrafındakı siyasətin türklərə qarşı hansı münasibəti yaratmasına diqqət çəkməkistəyirik...

YAXŞILIQDAN BAŞQA YOL DA YOX...

Həqiqətən çətindir. Olduqca çətindir. İndi bu «soyqırımı»nı tanıyan dövlət və dövlət birliklərinin sayı haradasa 20-22 olar. Amma bununla onlar heç də kifayətlənmək niyyətində deyillər... Proses davam edir. Amma yenə də ümidliyik ki, 100 ildən sonra gözlənən o böyük «təntənə» heç də güman edilən kimi, «əzəmətli» və «möhtəşəm» olmayacaq...

Bəli, bu həftə də sovuşacaq. Amma adamın ürəyində qalan nisgil odur ki, elə yenə illərlə sübut etmək, inandırmaq lazım gələcək...

İnsanların səbri tükənir, hövsələsi daralır. Amma nikbinlik notları da var. Türkiyə də boş durmayacaq, Çanaqqalanın 100 illiyi qeyd olunacaq. Hətta bu böyük hadisə ilə bağlı bu yaxınlarda bir türk filminin prezentasiyası da oldu...

Nə etmək qalır? Yaşamaq və yaxşı əməllərin sayını artırmaq... Dünyanın bütün ağıllı insanları və bütün xalqları deyiblər ki, axırda yenə yaxşılıqlar qalır!.. Nədən onların sayını artırmayaq?

...Yaxşılığı düşününcə nigaran qalmır və bilirsən ki, bu həftə də sovuşacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG