Keçid linkləri

-

Bəziləri üçün Azərbaycan gözəl xalçalar toxunan ekzotik ölkə, bəziləri üçün neft və milyonlar səltənəti, bəziləri üçünsə elit idman oyunları ölkəsidir.

İntiqam Əliyev və onun kimi yüzlərlə adam üçün Azərbaycan bir həbsxana hücrəsinin dörd divarı ilə məhdudlaşdırılıb.

Azərbaycanda hakim rejimin öz tənqidçilərinə etdiyi təzyiqlərin davamı olaraq ölkənin nüfuzlu hüquq müdafiəçilərindən biri İntiqam Əliyev aprelin 22-də şübhəli ittihamla 7 il yarıma həbs olunub.

Hazırda Azərbaycanda Konstitusiya hüquqlarını tələb etdiklərinə görə həbsə atılanların sayı Belarus və Rusiyadan, demək olar ki, iki dəfə çoxdur.

Həbsdə olan jurnalistlərin, ictimai fəalların, hüquq müdafiəçilərinin heç biri bu həyata layiq deyil, amma İntiqam Əliyevin (o, «People in Need» təşkilatının Homo Nomini və Norveçin Sakharov mükafatlarını alıb) həbsi xüsusilə narahatedicidir.

Mən İntiqam Əliyevlə tanış olanda, 2011-ci ilin baharı idi, yolumuz Gəncəyə, bir gənc fəalın məhkəməsinə gedəndə kəsişmişdi.

Vəkillər Kollegiyası İntiqam Əliyevi siyasi səbəblərlə üzvlükdən çıxarmışdı deyə, gənc fəalı məhkəmədə vəkil kimi təmsil edə bilmirdi. Amma gənci dəstəkləmək üçün məhkəmələrə könüllü qatılırdı və məhkəmənin absurd hüquqpozmalarını üzə çıxartmağa yardım edirdi.

Bakıdan Gəncəyə beş saata getdik. Yol boyunca bu nəzakətli, mehriban, eynəkli kişi insanın öz şəxsi dəyərlərini qorumasının vacibliyindən danışdıqca, onun möhkəmliyinə heyran olurdum.

İntiqam Əliyevin kim olduğunu sonralar öyrəndim- Azərbaycanda başqa heç bir hüquqşünas Avropa İnsan Haqları Məhkəməsinə onun qədər çoxlu sayda- 200-dək iş göndərməmişdi. Göndərilən işlərin 40-a yaxını məhkəməni udub, 30-a yaxını isə növbə gözləyir.

«QORXU ADAMA YAXŞI MƏSLƏHƏT VERMİR»

Azərbaycanda çoxlu sayda hüquqşünas siyasi təqiblərdən qorxaraq siyasi motivli hüquqi mübahisələrə qarışmır. İntiqam Əliyevin isə bütün işləri siyasi motivli idi.

Azərbaycanda başqa heç bir hüquqşünas Avropa İnsan Haqları Məhkəməsinə onun qədər çoxlu sayda- 200-dək iş göndərməmişdi.

Gəncəyə gedəndə mənə dedi ki, doğru yoldasansa, gərək qorxmayasan, qorxu adama yaxşı məsləhət vermir.

Dildə demək asan görünə bilər, amma Azərbaycan elə bir ölkədir ki, burda insanları «facebook»da yazdığı statusa görə həbsə atırlar, belə avtoritar ölkədə hüquq müdafiəçisi olmaq cəsarət ələb edir.

Azərbaycanda ictimai fəallara qarşı repressiyalar Ukraynadakı siyasi zəlzələdən sonra xüsusilə güclənib. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycan senzuranın tətbiq edildiyi on ölkədən biridir, insan haqları fəallarının cinayət məsuliyyətinə cəlb olunmasına görə regionun lideridir. Keçən həftə başqa bir hüquq müdafiəçisi Rəsul Cəfərova 6 il yarım cəza kəsilib.

İntiqam Əliyevlə yolumuz iki il sonra yenə kəsişdi. Bu dəfə o, «People in Need» təşkilatının Homo Nomini mükafatını almaq üçün Praqaya gəlmişdi. İntiqam Əliyev ən cəsarətli və ən yaxşı hüquq müdafiəçilərinə verilən bu mükafatı tərəddüd və təvazökarlıqla qəbul etdi. Sonda soruşdu ki, ondan daha çox bu mükafata layiq olan yox idimi?!

Tədbirin sonunda «People in Need» təşkilatının nümayəndəsi İntiqam Əliyevə yaxınlaşdı. «Bu mükafata görə nə isə probleminiz olsa, bizə xəbər edin» dedi.

İntiqam başını buladı, narahatlıqla cavab verdi:

«Doğrusu, mən əksini düşünürdüm. Birdən mənə mükafat verdiyinizə görə sizin təşkilatınız üçün problem yaranar, bundan çox narahatam».

Havel dramaturq idi, həyat onu prezidentliyə qədər gətirdi, dinc nümayişlər keçirərək Çexiyada kommunist rejimin yıxılmasına nail oldu. İntiqam Əliyev də heç vaxt siyasətçi olmayıb.

NÖVBƏ ONA ÇATDI, AMMA ÖLKƏDƏN GETMƏDİ

Bu, İntiqam Əliyevin mahiyyəti idi- başqalarını özündən əvvəl fikirləşmək. Məhz başqalarını düşündüyü üçün o, çoxlu imkanlara baxmayaraq, ölkəni tərk edib xaricə getmədi. Rejim aparıcı insan haqları fəallarını həbs edəndə, bilirdi ki, növbə ona çatıb, amma ölkədən getməyə razılaşmadı. Mənə demişdi: «Bu qədər adamı qoyub gedə bilmərəm».

Václav Havel deyirdi: «İnsan, sadəcə, ona görə dissident olmur ki, bir gün bu qeyri-adi karyeraya sahib olmaq qərarı verir.Sən bu işə öz məsuliyyətinlə və ətrafdakı mürəkkəb xarici şərtlərlə birlikdə atılırsan».

Havel dramaturq idi, həyat onu prezidentliyə qədər gətirdi, dinc nümayişlər keçirərək Çexiyada kommunist rejimin yıxılmasına nail oldu. İntiqam Əliyev də heç vaxt siyasətçi olmayıb. Onun siyasi aktiv olmaq istəyi də olmayıb. Onun sevimli Vətənindəki vəziyyət, başqalarına qarşı nadir rast gəlinən məsuliyyət hissi, cəsarəti onu Havel yoluna - müasir dissident müstəvisinə gətirdi.

Çexiyada və Norveçdə İntiqam Əliyevə bu keyfiyyətlərinə görə nüfuzlu mükafat verdilər. Azərbaycanda onu həbs etdilər.

Təəccüblüdür? Yəqin ki, yox. Keçən ilin avqustundan onu gözlənilmədən saxlayanda İntiqam Əliyev demişdi:

«İnsan haqlarını və siyasi məhbusları müdafiə edənləri, seçki saxtakarlığını, korrupsiyanı işıqlandıranları Azərbaycandan cinayətkar hesab edirlər. Bəli, mən həmin cinayətkarlardan biriyəm. Məndən nigaran qalmayın. Həbsdə əziyyət çəkən başqa siyasi məhbuslara kömək edin».

Anna Zamejc

Cənubi Qafqaz və İsrail-Fələstin münaqişəsi üzrə ixtisaslaşmış müstəqiı jurnalist.

XS
SM
MD
LG