Keçid linkləri

Təcili xəbərlər

Növbəti Avropa (və ABŞ) oyunları...


Zöhrab İsmayıl
Zöhrab İsmayıl

.

Zöhrab İsmayıl

Təxminən ay yarım öncə Britananiya mətbuatı yazdı ki, Azərbaycan I Avropa oyunlarına 8 milyard dollar xərcləyib. Bundan sonra mən yalnız rəsmi sənədlərə (hökumətin büdcə sənədlərinə, hesabatlarına və rəsmi şəxslərin çəxışlarına) əsaslanaraq çox kiçik bir araşdırma apardım və hökumətin I Avropa oyunlarına birbaşa xərclərin 3.7 milyard manat olduğunu aydınlaşdırdım. Amma belə başa düşürəm ki, bu bizim hakimiyyətin möhkəm xətrinə dəyib... Görəsən niyə? Məbləği "azaltmışam", ona görə?

Yeri gəlmişkən, mən bu məbləği açıqlayanda hətta bəzi müxalifət siyasətçiləri də razılaşmaq istəmədilər. Deyirdilər "yox eee o boyda xarici mətbuat-filan"... bu günədək əslində heç bir mənbəyə əsaslanmayan 8 milyard dollar məsələsi dövriyyədədi...

Deyirlər tapşırıq yanvarda verilib. Üstündən 4 ay keçib bəs, niyə indiyədək heç olmasa bircə yazı yazmamışam?

Dünən hakimiyyətyönlü media Azərbaycan, ingilis və rus dillərində bir yazı dərc ediblər. Güya Azərbaycana qarşı hansısa planı ifşa ediblər. Amma əslində hər sayt bu materialı öz adından dərc etməklə sifarişçini ifşa ediblər. Yazının hakimiyyətin yazılı və elektron mediada və hakimiyyətə nökərlik edən "müstəqil" medada bir gündə yer alması sifarişin çox yuxarıdan gəldiyini göstərir.

Mənim adım bu yazıda xüsusi çəkilir. Güya mənə idman qurğularının tikintisində korrupsiya barədə yazılar tapşırılıb. Deyirlər tapşırıq yanvarda verilib. Üstündən 4 ay keçib bəs, niyə indiyədək heç olmasa bircə yazı yazmamışam?

Ümumiyyətlə mənim bu mövzuda yazmağıma bir ehtiyac varmı? Əgər Beynəlxalq Şəffaflıq Təşkilatı hər il Azərbaycanda korrupsiyanın miqyasını aydın göstərirsə, mən əlavə nə deyə bilərəm? Əgər idman komplekslərinin tikintisi üçün büdcədən milyqrdlar ayrıldığı halda, YAP-çı biznesmen Abdulla Abdullayev (Amay) durub deyirlərsə ki, həmin komplekslərdən birini o şəxsi pullarına tikdirib, mən buna nə əlavə edə bilərəm?

Dünən AzadlıqRadiosunun sualına cavab olaraq bir məsələni qeyd etmişdim. Sözügedən yazıda ABŞ dövlət katibi John Kerry-nin adını "təşkilatçı kimi" çəkirlər.

...ABŞ dövlət katibi John Kerry-nin adını "təşkilatçı kimi" çəkirlər. Mən isə düşünürəm ki, Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi həmişə olduğu kimi elə indi də ABŞ və Avropa Birliyinin müəyyən dairələridir...

Mən isə düşünürəm ki, Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi həmişə olduğu kimi elə indi də ABŞ və Avropa Birliyinin müəyyən dairələridir. Belə bir hakimiyyət onların maraqlarına xeyli dərəcədə cavab verir...

Bir də maraqlıdır bizim hakimiyyətdəkilər düşünürlər ki, John Kerri əvvəl Konqresdə rəhbərlik etdiyi komitəni hələ də idarə edir. Necə ki, fövqəladə hallar naziri Kəmallədin Heydərov hələ də nəzarət edir, düşünürlər necə ola bilər, dövlət katibi olasan əvvəlki postları əldən verəsən? Bu qədər dayaz bir düşüncə içindədirlər...

Bəs, Jon Kerry-yə qarşı xeyli müddətdir aparılan kampaniyanın məqsədi nə ola bilər? Mənə elə gəlir bu bir "randevu dərdidir". Görüşə bilmirlər, ona görə də "diqqət çəkmək" istəyirlər. Çox təəssüf ki, bizim hakimiyyətin bu cür variantları əvvəllər keçib...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG