Keçid linkləri

-

ALLAHIN OĞLUNU ÖLDÜRMƏDİLƏRMİ?...

Ha çalışıram, özümdən asılı olmadan, bir rus şairinin misraları beynimdən çıxmır. Tanrıya üz tutan şair soruşur ki, İlahi, axı nədən şagird müəllimindən, uşaq valideynindən əvvəl ölür?!.

Sonunda cavabı da şair verir: Neyləsin Tanrı? Bəyəm Onun da oğlunu zalım insanlar öldürmədimi?!.

Nərgizin - Tofiq Yaqublunun qızının ölüm xəbərini eşidərkən də, o dəqiqə həmin misraları xatırladım. Elə o vaxt da çox çalışdım, di gəl, artıq bildiyiniz sualı beynimdən qova bilmədim...

...Amma indi Azərbaycan başqa həyat və başqa ritmi yaşayır. İndi gözəlim Azərbaycan bir insanın dərdini duyacaq, acısını ovudacaq qədər diqqətli və duyarlı deyil!.. Hətta bu insan Tofiq Yaqublu kimi ağrılı-əzablı, üstəlik, məhbəsdə keçən bir ömür yaşasa da...

QƏDİM ELLADADAN BAŞLASA DA...

Doğrusu, bilmirəm, qədim yunanlardan başlayan böyük olimpiya ənənəsi mahiyyəti baxımından nələri bugünədək qoruyub-saxlayıb və nələri itirib?

İndilik yalnız bunu demək olar ki, əslində, ölkələrin böyük idman oyunlarına marağı özlüyündə hələ heç nə ifadə etmir. Müxtəlif dönəmlərdə müxtəlif siyasi sistemli dövlətlər böyük idman tədbirlərinə maraq göstərib və bu tədbirlərə ev sahibliyi də etmək istəyib...

Bəli, yasaqlar... Onlarsız bugünkü Azərbaycanı heç təsəvvür etmək olmaz. Yasaqlar ölkədəki siyasi sistemin, sözün əsl mənasında, «yaraşığı»dır...

Bu gün Azərbaycan da həmin istəkdə bulunur. Üzdən baxanda, ölkə ilk Avropa Oyunları ilə nəfəs alır. Amma görüntü planını azca dərinləşdirincə, bu idman bayramı boyunca tətbiq olunacaq qaydalar-qadağalar gözə çarpır...

Bəli, yasaqlar... Onlarsız bugünkü Azərbaycanı heç təsəvvür etmək olmaz. Yasaqlar ölkədəki siyasi sistemin, sözün əsl mənasında, «yaraşığı»dır...

Bunları tətbiq edənlərin özü - hakimiyyət adamları da xof və həyəcan içindədir. Elə hey deyirlər ki, guya, kimlərsə, hansısa ölkə və təşkilatlarsa Azərbaycana qarşı təbliğat aparır, qarşıdan gələn idman tədbirlərini pozmağa çalışır... Cavabında «Bizim belə bir niyyətimiz yoxdur» and-amanını eşitsələr də, yenə sakitləşə bilmirlər...

TOYA DAVA SALMIŞDINSA...

Burada bir uşaqlı xatirəsi yadıma düşür. Bəli, əvvəllər toylar indiki kimi heç də şadlıq saraylarında keçirilməzdi. Xüsusən rayonlarda həyət toyları dəbdə idi. O toy məclislərini hələ də unutmamışam, axı ayrıca və dadlı özəllikləri vardı...

«Filankəsin toyu necə keçdi» sualı heç də mücərrəd məna kəsb etməzdi. O toy şən və dinc keçərdisə, bu o demək idi ki, həmin adam yaxşı adamdır və necə deyərlər, camaat arasında hörmət sahibidir...

Amma o adamlar ki belə hörmət qazanmaz və yaxud da başqa bir adamın toyunda dava-dalaş və ya şuluq salardılar, - onlar mütləq bunun cavabını da alardılar. Yəni toyda dava düşər, şənlik pozular və toy sahibi toyu vaxtından əvvəl bitirmək, yekunlaşdırmaq məcburiyyətində qalardı...

SOÇİ OLİMPİADASI ƏRƏFƏSİNDƏ RUSİYA DA NARAHAT İDİ...

Təbii ki, ölkələrin insanlarla müqayisəsi nə ədalətlidir, nə də uğurlu. Amma fərqinə varanda ki insanlar kimi ölkələrin də imici var, - bax onda bu müqayisədən qaça bilmirsən. İmic varsa, demək, münasibət də o imicə uyğun şəkillənəcək...

Bu hakimiyyət həmişə öz cəmiyyətindən xoflanıb və indi də özünü elə aparır ki, sanki qarşıdan gələn idman tədbirləri millətin deyil, yalnız onlarındır.

Yazının əvvəlində və bir cümlə ilə Tofiq Yaqubluya üz vermiş faciəni andıq. Bu adam yenidən məhbəsə qayıtdı. Üstəlik, öz dərd və qayğıları ilə birgə...

Neçə belə adam var? Hər halda az deyillər. «Filankəsi həbs etdilər», «Bəhmənkəsi təqib etdilər» və s. və i.a. məzmunlu bənzər sözləri azmı eşidirik?! Və bütün bunlar ölkə haqqında bir təsəvvür formalaşdırmazmı? Və bu təsəvvürlərin də əsasında bəlli münasibətlər durmazmı?!.

...Soçi olimpiadası ərəfəsində Rusiya hakimiyyəti də bənzər durumda idi və orada daelə hey deyərdilər ki, «bəs filan dövlət nəsə etmək istəyir» və ya «filankəsbədxahlığını gizlədə bilmir»...

Amma olimpiadadan sonra bəlli oldu ki, Rusiya əleyhinə deyilənlər heç də əbəs deyilmiş. Axıaz keçmədi ki, bu ölkə Krımı ilhaq etdi və daha sonra Ukraynanın şərqində böyük qarşıdurma yaratdı...

Düzdür, Azərbaycan Rusiya deyil. Azərbaycan hakimiyyətində o təpər və o güc yoxdur. Hətta rəsmi Bakının Qarabağ problemi haqqında dedikləri sərt sözlər də başdan-ayağa siyasi ritorikadır...

Üstəlik, Azərbaycan hakimiyyətinin öz cəmiyyətinə münasibəti həmişə problemli olub. Bu hakimiyyət həmişə öz cəmiyyətindən xoflanıb və indi də özünü elə aparır ki, sanki qarşıdan gələn idman tədbirləri millətin deyil, yalnız onlarındır. Bax o üzdən cəmiyyətdən çəkinirlər...

Halbuki, cəmiyyət nə narahatlığa, nə də xofa-təşvişə əsas verir. Cəmiyyət sükuta bürünüb.Amma sən demə, cəmiyyətin sükutundan da ehtiyatlanan hakimiyyətlər var!..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG