Keçid linkləri

-

«Google» mobil və masaüstü cihazlarda edilən axtarışlarla bağlı maraqlı bir məlumat açıqlayıb.

«Google Adwords»un rəsmi bloqunda verilən məlumata görə, mobil cihazlardan edilən «Google» axtarışları masaüstü cihazlardan edilən axtarışları ötüb.

Bu məlumat Kanada, Avstraliya, Yaponiya və ABŞ-ın da daxil olduğu 10 ölkənin nəticələrinə əsaslanır.

Planşetlər də masaüstü kateqoriyasına aid edilib. Ona görə də, mobil telefonlardan edilən axtarışların üstünlüyünü demək olar.

Şirkət mobil axtarışları asanlaşdırmaq üçün yeni alətlər və formatlar da təqdim edib.

XS
SM
MD
LG