Keçid linkləri

-

Ağıllı telefon bazarında rəqabət həm markalar, həm də platformalar arasında davam edir.

comScore şirkətinin ABŞ-ı əhatə edən araşdırması ölkənin smartfon bazarında 2015-ci ilin ilk üç ayında elə bir dəyişikliyin olmadığını söyləməyə əsas verir.

«APPLE» LİDERLİYİ QORUYUR

Yanvar-mart aylarını əhatə edən nəticələr «Apple»ın 42.6 % bazar payı ilə birinci olduğunu göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin bazar payı 1% artıb.

«SAMSUNG» GERİLƏYİB

Cənubi Koreyanın «Samsung» şirkəti 28.3% bazar payı ilə ikinci yerdə qərar tutub. «Apple»dan fərqli olaraq, şirkətin bazar payı ötən ilə nəzərən 1.4% azalıb. Bu da «Apple»ın yerini daha da möhkəmlətdiyini göstərir.

Beşliyin digər yerlərini isə aşağı faizlə LG, «Motorola» və HTC tuturlar.

XS
SM
MD
LG