Keçid linkləri

Təcili xəbərlər

Cəmiyyətin özünəinamı qayıtsa...


Avropa Oyunlarının açılışında azarkeşlər – 12 iyun 2015
Avropa Oyunlarının açılışında azarkeşlər – 12 iyun 2015

-

MAHNI, YOXSA SİYASİ BƏYANAT?

Düşünürsən ki, bəlkə belə yaxşıdır? Bəlkə insanları bir neçə il əvvəldən düçar olduqları böyük mənəvi əzginlik və iztirablardan, sarsıntı və tərəddüdlərdən çıxarmaq daha önəmli vəzifədir? Bəlkə özünə və ölkəyə inamlarını qaytarmaq üçün onların yüksək emosional impuls və mesajlara, ruhi qidaya daha çox ehtiyacları var?

Bəlkə də belədir... Amma bunlar elə bayağı şəkildə baş verir ki, adam a-dan z-yə dilxor olur. Oxunan mahnıların mətni, söylənən fikirlər, səslənən nitqlər o qədər bayağıdır ki, adam bunların mahnı, yoxsa siyasi bəyanat olduğunu anlaya bilmir. Bilmirsən ki, səmimi sözləri, yoxsa öncədən əzbərlədilmiş mətni dinləyirsən...

İnanmaq istəyirsən ki, belə hallar hakimiyyət ideoloqlarının bacarıqsızlığından irəli gəlir. Yəni istəyir, amma bacarmırlar. İnanmaq istəyirsən ki, onlar insanları ələmli durumdan çıxarmaq, məğlub cəmiyyət fikrini beyinlərdən qovmaq üçün belə davranırlar, amma...

Amma baxıb görürsən ki, yox, təkcə bacardıqları deyil, elə istədikləri də budur...

Bir vaxtlar ən çox ona üzülürdüm ki, dövlətlə cəmiyyət arasında özgələşmə, yadlaşma var. Neft gəlirlərinin bir xeyri bu oldu ki, hakimiyyət mənsubları, ən azı, öz maraqları naminə ölkə üçün də nəsə etməyə, tikib-qurmağa başladılar...

Belədə nə edəsən, barışmağa məcbursan. Musiqini onlar sifariş verirsə, sənə də qalır bir-iki minlik oxucu auditoriyasıüçün deyinmək, siyasi mərsiyələr yazmaq...

BİZİ SEVİNDİRMƏK ELƏ DƏ ÇƏTİN DEYİL...

Amma sözümün canı bu da deyil. Bir vaxtlar ən çox ona üzülürdüm ki, dövlətlə cəmiyyət arasında özgələşmə, yadlaşma var. Neft gəlirlərinin bir xeyri bu oldu ki, hakimiyyət mənsubları, ən azı, öz maraqları naminə ölkə üçün də nəsə etməyə, tikib-qurmağa başladılar...

Məncə, bundan sonra dövlətlə cəmiyyət arasındakı uçurumun dərinləşməsi dayandı. İnsanların şəhərə və ölkəyə özününkü kimi baxmasını görmək, inanın ki, çox xoş idi və bu halda müxaliflik-filan yada düşmürdü...

O vaxtlar belə yazırdım: «Azərbaycan böyük yataqxananı xatırladır, burada yaşamırlar, gecələyirlər və... Və bir müddətdir ki, onlar yavaş-yavaş bu şəhərdə, bu ölkədə yaşamağa başlayıblar. Buna sevinməyə bilmirsən, axı yazı adamının siyasi ambisiyası, siyasi umacağı olmur. Ölkə və insanlarına yaxşı olan hər şey onlara da yaxşıdır. Ölkə tikilir və qurulursa, ölkə irəliləyirsə, yazı adamına elə bunlar yetər...».

Bakı, birtəhər, keçinirdi. Di gəl, rayonlara gedərkən, sanki qəbiristanlığa düşürdün; insanların üz-gözündən dözülməz ümidsizlik, sanki ovudulmaz kədər yağırdı... Belə xalqı qalib xalq və yaxud qələbəyə iddialı bir xalq rolunda təsəvvür etmək mümkün deyildi...

İnsanlara müsbət impulslar verməyə çalışmaq, onlara inam aşılamaq istəyi təqdirəlayiqdir. Hərçənd, az əvvəl bunun qüsurlarından da yazmışdım və bir daha o sözlərimə qayıdıram...

SOSİAL REABİLİTASİYA MƏSƏLƏSİ...

Bir neçə il əvvəlin söhbətidir. Seçkilərdən birinin ərəfəsində müxalifət liderlərindən biri məndən soruşdu ki, birinci hansı addımı atmağı təklif edərdin?

Düşünmədən dedim ki, lap birinci sosial reabilitasiya proqramı hazırlayardım... Mən niyə belə dedim? O vaxt insanlarda bir inamsızlıq, birsınıqlıq vardı. Mərkəz – Bakı, birtəhər, keçinirdi. Di gəl, rayonlara gedərkən, sanki qəbiristanlığa düşürdün; insanların üz-gözündən dözülməz ümidsizlik, sanki ovudulmaz kədər yağırdı... İşsizlik və gələcəksizlik onları üzüb-bitirmişdi... Sovetlər dönəmində adama gəl-gəl deyən şəhərlər də ölü məskənlərə çevrilmişdilər... Belə xalqı qalib xalq və yaxud qələbəyə iddialı bir xalq rolunda təsəvvür etmək mümkün deyildi... Demək, insanları bu vəziyyətdən qurtarmaq lazım idi. Nə yaxşı ki az, ya çox, bunu hakimiyyətdə də anladılar...

Bir daha deyirəm: neft gəlirləri bəlli dərəcədə həmin reabilitasiya-bərpa prosesinin donoruna çevrildi - iş yerləri açıldı, az da olsa, insanların özünəinamı qayıtdı, rayonlar dirçəlməyə başladı...

Bir gün insanlar «Biz kimdən əskiyik?» deyə bilər, axı. Bu cəmiyyət qısa müddətdə böyük yarışların, musiqi və mədəniyyət festivallarının qalibinə çevrilə bilirsə, günün birində niyə də «Biz kimdən əskiyik?» deməsin?!.

Təbii ki, problemlərin hamısı çözülmədi. Bu, heç mümkün də deyildi, axı həyat, sanki dəyirman kimi, elə bir ucdan yeni problemlər üyüdür. Fikrimcə, hakimiyyətin inamlı insanlardan çəkinməsi də bunda rol oynadığından sosial reabilitasiya doyum nöqtəsinə çatdırılmır...

HƏM İSTƏYİRLƏR, HƏM DƏ QORXURLAR...

Amma əsas odur ki, nəsə etmək lazım olduğunu özləri də anlayırlar. İndi Avropa Oyunları gedir. Ölkə gözəçarpan uğurlar qazanır. Amma bunun iki ucu var:insanlarda və cəmiyyətdə özünəinam da güclənir. Bax, hakimiyyəti də məsələnin elə bu tərəfi çəkindirir. Bir gün insanlar «Biz kimdən əskiyik?» deyə bilər, axı. Bu cəmiyyət qısa müddətdə böyük yarışların, musiqi və mədəniyyət festivallarının qalibinə çevrilə bilirsə, günün birində niyə də «Biz kimdən əskiyik?» deməsin?!.

Bax o vaxt bu insanlara etiraz aksiyası keçirməyə yer verməmək və onların səslərini saxtalaşdırmaq çox çətin olardı! O üzdən insanların məişət qayğıları girdabından çıxmasını hakimiyyət o qədər də istəmir. Məhz bu səbəbdən bu qədər bahalı şəhərdə yaşamağa, papağımızı özümüzə qaytaranda yetim uşaqlar kimi sevinməyə məcburuq...

Halbuki iqtisadçıların dediyinə görə, çox qısa müddətdə Bakıda, ümumiyyətlə, ölkədə həyatı bir neçə dəfə ucuzlaşdırmaq olar. Amma buna imkan vermirlər. Qorxurlar ki, insanlar onda başqa şeylər haqqında fikirləşməyə başlayar, haqlarını bilər və ən başlıcası, haqlarını tələb edərlər. Söhbət hakimiyyətin dübbədüz 22 ildir ki, tanımaq istəmədiyi hüquqlardan gedir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG