Keçid linkləri

Zarafatçıl robotlar bir dəqiqəyə satıldı [Video]


Masayoshi Son «Pepper» robotunu təqdim edir - 2014

Masayoshi Son «Pepper» robotunu təqdim edir - 2014

-

Yaponiyanın «Softbank Corp» şirkətinin insan emosiyalarını anlayan «Pepper» robotlarıbir dəqiqəyə satılıb.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

Şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır olmadığını açıqlayıb.

Robotlar 198 min yen (1600 dollar) qiymətinə satışa çıxarılıb. «Pepper» üçün onlayn sifarişlər Yaponiyada yerli vaxtla saat 10:00-da başlayıb. Satışa çıxarılan robotların sayı 1000 ədəd olub və hamısı alınıb.

Robotu 1500 yen qiymətinə bir saatlıq icarəyə də götürmək olar.

Bu robot yemək bişirə, müxtəlif işləri görə bilmir. Ancaq insanın hisslərini anlayır, onun həmsöhbətinə çevrilir.

Robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini - sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini anlamağa imkan verir.

Vəziyyətdən asılı olaraq, «Pepper» zarafata gülə və ya sahibini sakitləşdirə bilər.

«Robot şərait və insanın üz ifadəsindən asılı olaraq, müxtəlif vəziyyətə düşə bilər. O, insanı ruhlandırır, özünü aktiv aparır, bəzən isə tənhalığa qapılır», - «Softbank»ın prezidenti Masayoshi Son deyib.

M.Son bildirib ki, ölkə xaricində satışlar gələn il başlaya bilər.

XS
SM
MD
LG