Keçid linkləri

-

WhatsApp iPhone üçün yeni beta versiyasını istifadəyə verib.

Beta v2.12.5.16 versiyası bir çox yeniliklərlə diqqət çəkir.

Yeniliklərdən biri budur ki, hər kəsə ayrı bildiriş səsi seçə bilərsiniz. Beləliklə də sizə kimdən mesaj gəldiyi elə bildiriş səsindən bəlli olacaq.

Hər kəslə yazışmanızda fərqli arxa fon seçmək də yeni özəlliklə mümkündür.

Digər bir yeniliksə budur ki, tək toxunuşla bütün mesajları oxunmuş kimi işarələmək olacaq.

Sürətli cavab funksiyası ilə Whatsapp-ı açmadan mesajlara cavab yaza bilərsiniz.

WhatsApp-da qruplarda yazışanlara «mute» - səssiz özəlliyi yaxşı bəllidir. Artıq şəxsi yazışmalarda da bu funksiyadan yararlanmaq olacaq.

Yeni versiyada həm də foto göndərərkən onu redaktə edə biləcəksiniz.

Yeniliklərin gələcəkdə digər platformalı cihazlarda da aktivləşəcəyi gözlənilir.

Şərhləri göstər

XS
SM
MD
LG