Keçid linkləri

Azərbaycan xeyli ziyana düşə bilər


İran prezidenti Hassan Rohani Tehranda Azərbaycan prezidenti İlham Əliyevi salamlayır - 9 aprel 2014

İran prezidenti Hassan Rohani Tehranda Azərbaycan prezidenti İlham Əliyevi salamlayır - 9 aprel 2014

-

NÜVƏ SİLAHI İMTİYAZ YOX, MƏSULİYYƏTDİR...

İranla nüvə razılaşması kiməsə önəmli görünməyə və yetərincə inandırıcı gəlməyə bilər. Bəlkə kimsə düşünər ki, daha bir nüvə ölkəsinin ortaya çıxması dünyanı məhvərindən qoparmaz.Kiməsə elə gələ bilər ki, İrandan kiçik dövlətlər nüvə silahına sahiblənibsə, bu silah İranda niyə olmasın?

Təbii ki, belə sualları dolğun və inandırıcı cavablamaq çox da asan deyil. Amma şəxsən mən düşünürəm ki, İranla sazişin böyük əhəmiyyəti var. Axı nüvə ölkəsi olmağın məntiq və məsuliyyətini bu dövlətin anlamaq dərəcəsi o qədər də aydın deyildi...

Dünyanın yazılmamış qanunlarından biri də budur ki, nüvə silahına sahiblənmək dövlətlərə imtiyazdan çox, məsuliyyət verir. Hətta nüvə silahı olan dövlətləri«məsul dövlət» adıyla çağırırlar...

Bir az əvvəl səslənən suallara tam arqumentli cavablar vermək gücündə olduğuma əmin deyiləm. Amma bir daha deyirəm ki, heç də bütün dövlətlər dünyanı özlərinin digər dövlətlər üçün təhlükəsiz olduğuna inandıra bilməyib. Buna təəssüflənməyə dəyər. Belə dövlətlərdən biri də İrandır...

O səbəbdən İsrail siyasətçilərinin təlaşını anlamaq olar. İsrail belə bir detala diqqət yetirir ki, danışıqlar 12 il sürsə də, bu danışıqlarda bəzi uğurlar qazanılsa da, İran ABŞ və İsrailə kin püskürən ritorikasından əl çəkmir və bu ölkədə hələ də ABŞ və İsraillə nifrət yaşanır...

Daha indən belə Azərbaycan məmurları gileylənməyəcək ki, İran bizi öz dostları ilə dost, düşmənləri ilə düşmən görmək istəyir...

REJİM İDEOLOJİ DAYAQLARINI İTİRMƏK İSTƏMİR...

Məncə, bu, indiki İran rejiminin, bir növ, varlıq formasıdır. ABŞ və bütövlükdə Qərbə qarşı yönələn ritorika olmasa, onların söykəndiyi dəyərlər də İrana yol tapa bilər. Bu isə indiki İran rejiminin sonu deməkdir. Fikrimcə, bu məsələ indiki siyasi rejimin ideoloji təməlidir və ona toxunsan, rejim tez bir zamanda çökər...

Amma bütün hallarda İranla razılaşmanın önəmi böyükdür. Bu razılaşma və Qərblə əməkdaşlıq insanların siyasi dünyagörüşünə də təsir edəcək və onların biri-birini daha yaxşı anlamasına yol açacaq...

AZƏRBAYCAN İZAFİ ŞƏRTLƏRDƏN QURTULUR...

İndi daha çox bu suala cavab aramalıyıq: İranla razılaşma Azərbaycana nə verir?

Məncə, sözügedən razılaşma Azərbaycanın diplomatiya və siyasətini izafi şərtlərdən xilas edir. Bu vaxtadək istər Qərb, istərsə İran Azərbaycanı öz yanında görmək istəyirdi. Həmin siyasi qütblər Azərbaycanın Qərblə və İranla münasibətlərini öz maraqlarına uyğun şəkildə tənzimləməyə və bu münasibətləri öz geosiyasi çıxarlarına tabe etdirməyə çalışırdı. İndi belə olmayacaq. Bu durum Azərbaycana daha çox sərbəstlik verəcək və ona hər iki siyasi tərəflə münasibətlərini dərinləşdirmək imkanı yaradacaq. Daha indən belə Azərbaycan məmurları gileylənməyəcək ki, İran bizi öz dostları ilə dost, düşmənləri ilə düşmən görmək istəyir...

İKİ QONŞU, İKİ RƏQİB...

Qərblə İranın münasibətlərinin düzəlməsi həm də o deməkdir ki, Qərb İranın timsalında güclü neft və qaz partnyoru əldə edir.

Yaşamaq və əmin-amanlıq üçün, heçsözsüz, müsbət tərəfləri görmək lazımdır. Ən azı ona görə ki, regiondakı gərginlik bir az azalacaq və göygöz Xəzər və Xəzəryanı ölkələr daha barıt qoxumayacaq...

Azərbaycanla İran bu mənada rəqibdirlər. Düzdür, razılaşmanın hələ mürəkkəbi soyumayıb və onun detalları bəlli deyil. Amma İran yenidən dünya qaz və neft bazarına qayıtsa, bunun neft və qaz ölkəsi olan Azərbaycana da təsirləri qaçılmazdır...

Bəllidir ki, Azərbaycan da Avropaya neft satır. Azərbaycan da Avropanın qaz bazarına çıxmağa və orada möhkəmlənməyə can atır. Amma dünyada ən böyük qaz ehtiyatlarına sahib ölkələrdən biri İrandır. Üstəlik, İranın uyğun tranzit infrastrukturu da var, özünün istehsal gücünü artırmaq, nəql imkanlarını yüksəltmək üçünbu ölkəyə heç də illər lazım deyil və İran buna tez bir zamanda nail ola bilər...

Təsadüfi deyil ki, artıq böyük neft şirkətləri İranla maraqlanmağa başlayıb. Bu isə neft və qaz hasilatını artırmaq üçün əlavə investisiya imkanları deməkdir. Sözün kəsəsi, İran dünya neft və qaz bazarına sıçramağa hazır görünür. Demək, neft və qazın qiyməti yenidən enə, Azərbaycansa bundan xeyli ziyana düşə bilər...

BÖYÜK YOLUN BAŞLANĞICINDA...

Hər bir məsələnin müsbət və mənfi tərəfləri olduğu aydındır. Yaşamaq və əmin-amanlıq üçün, heç sözsüz, müsbət tərəfləri görmək lazımdır. Ən azı ona görə ki, regiondakı gərginlik bir az azalacaq və göygöz Xəzər və Xəzəryanı ölkələr daha barıt qoxumayacaq...

Aydındır ki, bu, hələ başlanğıcdır. Tərəflər iradə göstərib razılaşmanın bütün tələblərini yerinə yetirməlidir. Bu isə elə də asan məsələ deyil. Ona görə də bu, hələ böyük yolun başlanğıcıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG