Keçid linkləri

-

«BERKUT» BİZİ NECƏ BEZDİRDİ?..

Sovetlər dönəmindən sonra Ukraynada cəmi iki dəfə olmuşdum. Doğrusu, ölkə, xüsusən paytaxt Kiyev o qədər də yaxşı təəssürat oyatmamışdı. Yox, Kiyevin gözəlliyinə nə söz, olduqca gözəl şəhərdir. Təəssüratımı pozan bir polis dəstəsiydi – «Berkut». Bu dəstənin ucbatından şəhərdə iki addım atmaq mümkün deyildi - adamı addımbaşı saxlayır, guya sənəd yoxlayırdılar. Düzü, o biri polislər də «Berkut»dan geri qalmazdılar. Qərəz, bu polislərə görə, elə birinci gündən Bakı üçün bərk qəribsədim, hətta bizim polislərdən ötrü darıxdım...

... Təəssüratımı qərbi ukraynalılar dəyişdi. Onlar Ukrayna haqqında təsəvvürlərimi, sözün yaxşı mənasında, alt-üst etdilər. İnanın, qərbi ukraynalıların özü də ölkənin şərqində yaşayanlardan xeyli fərqlənirdi...

İndi o vaxtdan xeyli ötüb, çox sular axıb, çox küləklər əsib. Amma mən yenə Ukrayna ilə maraqlanıram. Ümumi mənzərə hamıya aydındır və hamı 2+2 kimi ölkənin şərqində nə baş verdiyini, Krımın aqibətini bilir...

DAHA BİR BÖLÜCÜ REJİM?

Lap bu yaxınlarda Ukraynanın qərbində mərkəzi hakimiyyətlə yaşanan siyasi insidenti Rusiya mediası daha bir respublikanın yaranacağı kimi qələmə verdi. Özümdən asılı olmadan qanım qaraldı, bir az da həyəcanlandım. Düşündüm ki, ilahi, bu ölkəyə daha hansı sürprizlər hazırlanır?

...İndi kimdən soruşsan deyəcək ki, Avropanın bir nömrəli problemi Yunanıstandır. Anlayıram, Yunanıstan Avropanın özü deməkdir, onun bir parçasıdır. Amma Ukraynanı, heç olmasa, ikinci problem saymaq mümkün deyildi? Demirəm ki, Avropa Ukraynanı tamam unudub. Yox, amma real nəticə yoxdur. Yunanıstanınproblemini çözmək üçün ayrıca proqram var. Di gəl, söhbət Ukraynadan gedəndə, dağınıq tezislər eşidilir. Halbuki şərqindəki separatizmdən savayı, ölkə ciddi iqtisadi problemlər də yaşayır və bu gün öz borcunun, heç olmasa, 40 faizini sildirməyə çalışır. Yoxsa onu texniki defolt gözləyir...

MDB-nin bəzi ölkələri Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayanda, dostlara görə sevinmiş, özümüzə görə məyus olmuşduq. Amma indi bir etirafa lüzum var: Yaxşı ki ölkəmiz o zaman yalnız vizaya dair razılaşmanı imzaladı...

O VAXT MƏYUS OLSAQ DA...

MDB-nin bəzi ölkələri Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayanda, çox qarışıq hisslər keçirmiş, dostlara görə sevinmiş, özümüzə görə məyus olmuşduq. Amma indi bir etirafa lüzum var: Yaxşı ki ölkəmiz o zaman yalnız vizaya dair razılaşmanı imzaladı... Niyə? Axı bu müddət ərzində Assosiasiya sazişinin gənc ölkələrə nə verdiyini görməyə macal tapmasaq da, Rusiyanın həmin ölkələrdən bunun qisasını necə çıxmasının əyani şahidi olduq: Ukraynanı bilirsiniz... Moldovanın, yumşaq desək, narahatlığından xəbəriniz var... Gürcüstanda isə separatçı rejimlər sərhəd dirəklərini elə hey ölkənin içərilərinə doğru çəkməkdədirlər...

AB ilə Assosiasiya sazişinin imzalandığı vaxtları çox yaxşı xatırlayıram. Şəxsən mən Viktor Yanukovych-i bir siyasətçi kimi heç vaxt bəyənməmişəm. Rusiyaya qaçırdığı çamadanlar, bir siyasət və dövlət adamı kimi, bu adam haqqında çox şey deyir. Amma hətta Viktor Yanukovych də Assosiasiya sazişi imzalayacağı təqdirdə Ukraynaya qarşı hansı addımların atılacağını Avropa siyasətçilərinə bircə-bircə anlatmışdı. Başqa sözlə, bu gün Ukraynada baş verənlər avropalılar üçün yenilik deyil. Di gəl, nə ediblər bu vaxtadək? Ortalıqda «Zbigniew Brzezinski planı» adlı söz-söhbətdən savayı bir şey yoxdur. Bu «plan», NATO-ya üzv etməmək şərti ilə, Ukraynaya hərtərəfli yardımı nəzərdə tutur...

İSLANMIŞIN YAĞIŞDAN NƏ QORXUSU?

O yolla bir şey alınacağına inanmaq çox çətindir. Əslində, Assosiasiya sazişini imzalamaqla Ukraynaçoxdan «qırmızı xətti» keçib və necə deyərlər, islanmış yağışdan qorxmaz. O başqa məsələ ki NATO ölkələri Ukraynanın, eləcə də Gürcüstanla Moldovanın problemlərini bölüşmək istəmirlər...

Yardımlar «aldım-yedim» şəklində olmamalı, elə Yunanıstanda olduğu kimi, konkret şərtlər müqabilində verilməlidir. Yoxsa... yardım paketi büsbütün ukraynalı oliqarxların cibinə axacaq...

Düzdür, indi hamı «soyuq savaş»dan danışır, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Amma ovaxtkı «soyuq savaş»ın «Marshall plan»ı da vardı. İkinci Dünya müharibəsindən sonra Avropa ölkələri məhz bu plan sayəsində dirçələ bildilər...

...İndi Avropa Yunanıstandakı böhranı aradan qaldırmaq üçün üst-üstə 86 milyard dollar vəsait ayırmağı düşünür. Bunun, heç olmasa, yarısı qədər vəsaiti AB ilə Assosiasiya sazişi imzalamış MDB ölkələrinə ayırmaq və onları real islahatlara sövq etmək mümkün idi...

15 MİLYARDI RUSİYA DA VERİRDİ...

Ukrayna ilə bağlı müəyyən paket gündəmdə olub. Hətta Rusiya da bu ölkəyə 15 milyard dollar verməyə hazır idi. Amma Ukrayna Avropanı seçdi!.. Bax bu səbəbdən düşünürük ki, Ukraynaya hərtərəfli yardım Avropa üçün mənəvi borc məsələsi olmalıdır. Üstəlik, yardımlar «aldım-yedim» şəklində olmamalı, elə Yunanıstanda olduğu kimi, konkret şərtlər müqabilində verilməlidir. Bu halda Ukraynanın dirçələcəyinə ümid etmək olar. Yoxsa... yardım paketi büsbütün ukraynalı oliqarxların cibinə axacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG