Keçid linkləri

Təcili xəbərlər

Dubayda Wi-Fi ağacları “əkiblər” - [Video]


-

Dubayda ağıllı “palma”lar peyda olub.

Zahirən palma ağacına bənzər qurğu həm Wi-Fi siqnalı ötürür, həm də mobil telefonların batareyalarını doldurmaq imkanı yaradır.

Bu haqda The Daily Mail portalı xəbər verir.

Günəş batareyaları ilə təhciz olunmuş qurğu gündüzlər enerji yığır axşamlar isə çalışmağa başlayır.

Hər “palma”ya eyni vaxtda 8 telefon qoşmaq olur. Qurğuları şəhərdə quraşdıran "Smart Palm" şirkətinin iddiasına görə, ağıllı ağaclar telefonu evdəkindən iki dəfə tez doldurur.

“Ağac” həmçinin 100 metr məsafəyə Wi-Fi siqnalı ötürür. “Palma” videomüşahidə kameraları ilə də təchiz edilib.

“Palmalardan” biri şəhər çimərliyində, digəri isə parkların birində quraşdırılıb. "Smart Palm" bu qurğulardan digər yerdlərdə də quraşdıracağını bildirib.

Şirkətin təsisçisi Viktor Nelepa qeyd edib ki, qurğunun zahirən xurma ağacına bənzəməsi prinsipial məsələ idi, çünki bu ağac ölkənin simvoludur.

XS
SM
MD
LG