Keçid linkləri

Təcili xəbərlər

Instagram-da serial dönəmi başlayır


Shield Five
Shield Five

-

İnstagram sosial platforması Anthony Wilcox-un “Shield 5” adlı videoserialını təqdim edib.

İlk dəfə gerçəkləşdirilən bu videoməhsulun hər seriyası 15 saniyə sürür. Ay boyunca 28 seriya yayımlanacaq. İlk serialın tam xronometrajı 7 dəqiqədir.

İlk seriyası fevralın 2-də göstərilən trillerdə qaçaq bir sürücüdən söz açılır. Təhlükəsizlik xidmətində çalışan sürücü almaz oğurluğunda suçlanır. Əslində, ona oyun qurulub və sürücü, təbii ki, adını təmizə çıxarmaq istəyir.

Instagram-ın belə seriallarla istifadəçi sayını daha da artıracağı gözlənilir.

Ən son yazılan

XS
SM
MD
LG