Keçid linkləri

Təcili xəbərlər

“Ağıllı” mağazanın satıcısı yoxdur...


İllüstrasiya
İllüstrasiya

-

...amma istədiyini istədiyin vaxtda ala bilərsən

İsveçdəki bir mağaza görənlərin o dəqiqə diqqətini çəkir: içəridə heç bir satıcı görməzsən. “Ağıllı” telefon alış-veriş üçün hər cür ehtiyacı ödəyir.

İsveçli IT mütəxəssisi Robert Ilijason bir neçə il öncə yaşadığı olaydan sonra belə bir mağaza açmağa qərar verib.

Gecəyarısı körpə oğluna yemək gətirən Ilijason yalnışlıqla qabı salıb sındırır. Evdə daha uşaq yeməyi qalmadığını görən ata çıxıb açıq supermarket axtarır. Ancaq gecənin gec vaxtında açıq mağaza tapa bilmir. O bu hadisədən sonra qərara gəlir ki, gecə-gündüz 24 saat, həm də insansız çalışa biləcək bir mağaza açsın.

SADƏCƏ, SMARTFON VƏ MOBİL PROQRAM

Robert bir mobil proqram hazırlayraq, mağazanın da işini ona uyğun qurub.

Müştərilər “ağıllı” telefonlarına yüklədikləri proqramla mağazaya daxil olurlar. Bundan sonra almaq istədikləri məhsulları seçir, QR kodlarını proqrama oxudur, kartla ödəniş edirlər.

Mağaza sahibi, sadəcə, əskikləri müəyyənləşdirib, yeni məhsulları rəfə yığır. Hər tərəfdə kameralar yerləşdirilib və beləcə, mağazanın təhlükəsizliyi qorunur.

Bu ilin yanvarında açılan mağazada indiyədək oğurluq olmayıb.

Robert Ilijason gələcəkdə, özəlliklə kiçik kənd və qəsəbələrdə belə mağazalar açmağı arzulayır.

Ən son yazılan

XS
SM
MD
LG