Keçid linkləri

►Həmin proqram hərəkatın rəsmi açıqlama və videolarını yayırmış

“Google” Əfqanıstandakı “Taliban” hərəkatının mobil proqramını Play Store-dan yığışdırıb. Xəbəri BBC diqqətə yetirib.

“Alemarah” adlanan proqram hərəkatın rəsmi açıqlama və videolarını yayırdı.

Proqram aprelin 1-də istifadəyə verilmişdi. “Taliban”ın sözçülərindən biri hərəkatın daha geniş kütləyə çatdırılmasında həmin proqramın önəmli rol oynayacağını açıqlamışdı. Onun belə tez sıradan çıxarılmasını “Taliban” texniki problemlərlə bağlayır.

“Google” məsələylə bağlı açıq şərh verməsə də bildirir ki, şirkətin siyasətinə, qaydalarına uyğun olmayan mobil proqramlar hər zaman ortadan qaldırılır.

XS
SM
MD
LG