Keçid linkləri

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət vasitəsi ilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu xidmətdən sayəsində, əmlakın həm ölçüləri və texniki göstəriciləri, həm də hüquqi sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür.

“Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi” elektron xidməti komitənin təqdim etdiyi 31 elektron xidmətlərdən biridir. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.

Yeni xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır.

Yeni xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır

Yeni xidmətin əsas üstünlüyü - onun internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir. Belə ki, bu xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir.

Yeni xidmətin digər üstünlüyü əmlakın tarixçəsi barədə dəqiq məlumat almaq imkanıdır.

XS
SM
MD
LG