Keçid linkləri

İran Milli Məlumat Şəbəkəsinin birinci mərhələsini işə alıb. Bunu rəsmi İRNA agentliyi xəbər verir. Bununla da İran öz internetini yaratmaqda növbəti addımını atmış olur.

Məqsəd onlayn islami məzmun yaymaq, ən əsası, ümumdünya internet şəbəkəsindən asılılığı azaltmaqdır.

Həmçinin qeyd olunur ki, milli şəbəkə məlumat bazasının təhlükəsiz transferini, kiberhücumlara qarşı daha yaxşı qoruma təklif edəcək.

IRNA-nın məlumatına görə, on ildir yaradılmış layihənin ikinci hissəsi gələn ilin fevralında işə düşəcək, tam şəbəkə isə gələn ilin avqustunda bitəcək.

Bəzi tənqidçilərin fikrincə, hökumət bu şəbəkədən istifadəçilərin onlayn çıxışını məhdudlaşdırmaq məqsədilə istifadə edəcək.

XS
SM
MD
LG