Keçid linkləri

Təcili xəbərlər

'Blackberry' smartfon bazarından gedir


BlackBerry
BlackBerry

«Blackberry» şirkəti smartfon istehsalını dayandırır. Bu barədə şirkətin direktoru John Chen açıqlama verib.

Şirkət bundan sonra xidmət və proqram təminatı yaradılması ilə məşğul olacaq.

«Biz strategiyamızda dönüş yaradırıq, maliyyə əsaslarımız güclüdür və bundan sonra proqram təminatına yönələcəyik», – John Chen deyib.

«Blackberry» bu tədbirlərlə kapitala tələbatı azaldıb, investisiyalardan gəlir qazanmağı planlaşdırır.

Ötən rübün hesabatına görə, şirkətin proqram təminatı və servislər şöbəsindən gəliri 30 faiz artıb. Smartfon istehsalı və satışından isə «Blackberry» 372 milyon dollar itirib.

Şirkət özü daha smartfon istehsal etməsə də, bu işdə başqa firmalarla partnyorluq edəcək. Yəni, gələcəkdə «Blackberry» markasıyla bazarda yeni cihazlar görə bilərik.

XS
SM
MD
LG