Keçid linkləri

Təcili xəbərlər

İnsan, öldürmək həvəsində digər primatlara oxşayıb


Biz insanlığın tarixində ən az zorakılıq olan bir dövrdə yaşayırıq

Növdaxili aqressiya, yəni öz növündən olan varlıqları öldürmək xüsusiyyəti insanı digər məməlilərdən ayıran xüsusiyyətdir. İspan alimləri mindən artıq heyvan növü arasında, habelə fərqli insan cəmiyyətlərində növdaxili zorakılığı araşdıraraq, bu nəticəyə gəliblər ki, insan bu xüsusiyyətini primatlardan mənimsəyib. Ancaq sonradan insan cəmiyyətində bu "heyvani" aqressiyanın səviyyəsi dəyişib. Dəmir dövründə artan aqressiya orta əsrlər dövründə pik həddə çatıb.

Bir-birini öldürmə ilə nəticələnən növdaxili aqressiyaya heyvanların bir çox növündə rast gəlinir. Bu mənada primatlar istisna təşkil etmir. Uzun zamandır ki, insanın öz növündən olan fərdləri öldürməyə meylinin təkamüllə bağlı olub-olmaması barədə mübahisə gedir.

...müharibə insanın icadı deyil. ...şimpanzelərin də başqa sürülərdən olan fərdləri öldürməsi məlumdur. Özü də onlar bunu məqsədyönlü şəkildə edirlər...

Bir tərəfdən, müharibə insanın icadı deyil. Belə ki, şimpanzelərin də başqa sürülərdən olan fərdləri öldürməsi məlumdur. Özü də onlar bunu məqsədyönlü şəkildə edirlər, bunun üçün xüsusi reydlər təşkil edirlər. Ancaq digər tərəfdən, insanın öldürmək imkanları hər hansı digər növün imkanları ilə müqayisəyə gəlmir. Madriddəki Xuan Karlos Universitetinin zooloqları geniş araşdırma və təhlil apararaq məməlilərin 137 fəsiləsini təmsil edən 1024 növ arasında ölümlə nəticələnən zorakılıqla bağlı məlumat toplayıblar.

Paleolitdən müasir dövrə qədər 600 insan cəmiyyəti barədə də eyni məlumat toplanıb.

Məlum olub ki, araşdırılan məməlilərin ən azı 40%-də növdaxili zorakılığa rast gəlinir, amma bu zaman ölüm ehtimalı çox deyil. Təhlil göstərir ki, qohum qruplarda zorakılıq səviyyəsi oxşardır. Görünür, bu, genetik oxşarlıq və həyat tərzinin bənzər olması ilə bağlıdır.

Buna da bax: Gürcüstanda seçkilərqabağı gizli silah anbarları aşkarlanıb

Alimlər bu müqayisəli təhlil əsasında insana xas olan növdaxili zorakılığın səviyyəsini müəyyən ediblər. İnsanın birbaşa əcdadları üçün bu göstərici 1,8 faiz olub. Bu, primatlar üçün olan ümumi göstəricidən bir qədər azdır. Alimlər daha sonra bu rəqəmi əsas götürərək və arxeoloji məlumatlardan yararlanaraq fərqli insan cəmiyyətlərində (paleolit, mezolit, neolit, tunc və dəmir dövrləri, Köhnə və Yeni Dünyada Orta əsrlər və s.) növdaxili zorakılığı araşdırıblar.

...XVI əsrdən etibarənsə [zorakılıq] kəskin şəkildə enməyə başlayır və dövrümüzdə öz minimal səviyyəsinə çatır.

Məlum olub ki, uzun müddət insan cəmiyyətində növdaxili zorakılığın səviyyəsi "ümumprimat" səviyyəsindən seçilməyib. Ciddi dəyişikliklər yalnız dəmir dövrünün başlanmasından sonra nəzərə çarpır. Bundan sonra zorakılığın səviyyəsi get-gedə artır. Eramızın XVI əsrindən etibarənsə kəskin şəkildə enməyə başlayır və dövrümüzdə öz minimal səviyyəsinə çatır. Maraqlıdır ki, Yeni Dünyada zorakılıq pik həddinə avropalıların bura gəlməsi ərəfəsində çatıb.

Alimlər əhalinin sıxlığı ilə aqressiyanın səviyyəsinin düz mütənasib olması barədə məşhur hipotezi təsdiqləməyiblər. Belə ki, əhalinin maksimal sıxlığı yaşadığımız dövrdə müşahidə olunur. Ancaq zorakılıq səviyyəsi bu dövrdə rekord aşağı həddədir.

Ən son yazılan

XS
SM
MD
LG