Keçid linkləri

Təcili xəbərlər

Kanadalı tələbələr nəşə yetişdirmək öyrənəcək


Kanadanın Nyu-Branvisk vilayətində kolleclərdən biri növbəti ildən etibarən yeni fənn tədris edəcək. Belə ki, tədris ocağında tələbələrə narkotik maddə hesab olunan, lakin tibbi məqsədlər üçün də istifadə edilən nəşə (marixuana) yetişdirilməsi öyrədiləcək.

Bu, dünyada ilk belə təcrübə olacaq. Yeni fənn tələbələrə gələcəkdə tibbi marixuana istehsal edən Kanada şirkətlərində iş tapmağa imkan verəcək.

Buna da bax: Uşaqlara rəqs və musiqi öyrətmək üçün daha bir səbəb

Kollecin təhsil və xüsusi proqramlar üzrə icraçı direktoru Mişel Deko qeyd edib ki, bu tədris proqramı hamı üçün deyil. Mütəxəssislər konkret sənaye ehtiyaclarını qarşılamaq üçün hazırlanacaq.

Təhsil ocağı marixuana yetişdirilması üzrə regional kampaniyaya 4 milyon Kanada dolları vəsait ayırıb. Nəticədə 200-dən artıq yeni iş yerinin yaradılacağı gözlənilir.

Növbəti ildə Kanada hakimiyyəti marixuananın adi (qeyri-tibbi) istifadəsinə icazə verməyi planlaşdırır. İslahatın əsas tərəfdarı ölkənin baş naziri Castin Trüdodur ki, bu, onun seçkiqabağı vədlərindən biri olub.

XS
SM
MD
LG