Keçid linkləri

Alimlər bir qrup könüllünün vəziyyətini araşdıraraq belə nəticəyə gəliblər ki, daim vitamin qəbul etmək onkoloji və ürək-damar sistemi xəstəliklərinin yaranması riskini artırır.

ABŞ-ın Kolorado Universitetinin Xərçəng Mərkəzindən olan bir qrup elmi işçi vitaminlərdən həddindən çox istifadənin orqanizmə zərər verib-vermədiyini araşdırmaq qərarına gəlib.

Məlum olub ki, vitaminlərdən həddindən çox istifadə edən şəxslərin yaddaşı da pisləşir.

Alimlər plasebo (əslində dərman deyil, amma xəstəyə dərman adı ilə verilir) və qida əlavələri qəbul edən xəstələrin vəziyyətini izləyiblər. Müşahidə edilən xəstələri iki qrupa ayırıblar. Birinci qrup müxtəlif qida əlavələri, digər qrup isə plasebo qəbul edib.

Məlum olub ki, vitaminlərdən həddindən çox istifadə edən şəxslərin yaddaşı da pisləşir. Vəziyyəti pisləşmiş adamların hamısı həkim təyinatı olmadan böyük miqdarda vitamin qəbul edənlər olub.

Mütəxəssislər qeyd edirlər ki, buna bənzər xoşagəlməz nəticələrin qarşısını almaq üçün vitamin əlavələrini yalnız həkim məsləhəti ilə və qısa müddət ərzində qəbul etmək lazımdır.

Buna da bax: Körpəlikdə olan xasiyyət ömür boyu dəyişmir

Alimlər A-beta-karotin vitaminini normadan artıq qəbul edən şəxslərin ağciyər xərçənginə 20% daha çox tutulduğunu müəyyən ediblər. Yüksək dozada qəbul edilən fol turşusu isə bağırsaq traktında poliplərin artmasına səbəb olurmuş. Fol turşusunu normal dozada qəbul edəndə poliplərin azalmadığı ortaya çıxıb.

XS
SM
MD
LG