Keçid linkləri

Təcili xəbərlər

İlin 50 ən yaxşı mobil prorqamı


“Time” dərgisi bu ilin ən yaxşı 50 mobil proqramının siyahısını dərc edib. Proqramlar cəlbedici dizaynlarına, istifadəçilər arasında il boyu populyarlığına görə seçilib.

Siyahıda həm Android, həm də iOS platformalı cihazlar üçün müxtəlif funksiyalı proqramlar yer alıb.

“POKEMON GO”

İstifadəyə verildiyi gündən diqqət mərkəzində olan “Pokemon Go” oyunu siyahıda yer alıb. İyul ayının 7-də çıxan oyun qısa vaxtda istifadəçilərin sevimlisinə çevrilə bilib. Oyun virtual və real dünya arasında əlaqə yaratması ilə fərqlənir. İstifadəçilər müxtəlif yerləri gəzə-gəzə oyunun əsas personajını – pokemon-u tutmağa çalışırlar. Ancaq oyun üçün özünü təhlükəyə atanlar, qadağan olunmuş ərazilərə girənlər, hətta ölüm halları ilə bağlı xəbərlər də çox oldu.

Buna da bax: Maşın açarı əvəzinə smartfon

YENİLƏNMİŞ “APPLE-MESSAGES”

Çatışmazıqlarına, boşluqlarına baxmayaraq, Apple-ın mesaj xidməti də siyahıya düşüb. Nəşr izah edir ki, buna səbəb “iOS 10” versiyasında proqramın yenilənməsi, boşluqların aradan qaldırılmasıdır. İndi proqram funksionallığı, rəngarəng stiker-ləri, əyləncəli qrafik effektləri ilə standart mesaj xidmətlərini geridə qoyur.

ƏN YAXŞI MESAJLAŞMA PROQRAMLARI

“Facebook”un cəhdlərinə baxmayaraq ala bilmədiyi populyar mesaj proqramı “SnapChat” da siyahıda yer alıb. Bu ilin mart ayında çıxan yeni versiyası ilə proqramın istifadəçilər arasında məşhurluğu daha da artıb. Nəşr yazır ki, video mesaj, şəkillər üçün müxtəlif effektlər və digər özəllikləriylə proqram tək əyləncə yox, həm də biznes vasitəsinə çevrilir.

Təhlükəsizliyinə görə biznesmenlər və siyasətçilər arasında populyar olan “Signal” mesaj proqramı da siyahıda yerini tapıb. Proqramı hazırlayan şirkət belə mesajları oxuya bilmir. Bu özəllik il boyu “WhatsApp”, “Messenger” kimi proqramlara da əlavə olundu.

“WhatsApp” da ən yaxşı 50 mobil proqram arasına düşüb. Əksər smartfonlarda işlək olduğuna, həm də ucuzluğuna görə bu mesajlaşma proqramı bütün dünyada populyarlıq qazanıb. Bu ilin əvvəlində onun istifadəçilərinin sayı bir milyardı aşıb. Bu da o deməkdir ki, dünyada hər yeddi nəfərdən biri “WhatsApp” istifadəçisidir.

Buna da bax: Android şəxsi məlumatları daha yaxşı qoruyur

DİGƏR PROQRAMLAR

Siyahıda musiqi proqramlarından “Spotify” da var. Dərgi yazır ki, yeni dizaynı və əhval-ruhiyyənizə uyğun musiqi seçmək imkanı verən proqram istifadəçilər arşında liderliyini qoruyub.

Ən yaxşı proqramlar arasında foto-redaktə proqramı “Prizma”, insanın özünə bənzər emosiyalar, avatarlar yaratmağa imkan verən “Bitmoji”, tərcümə proqramı “Google Translate” və başqaları var. Tam siyahıy ilə buradan ətraflı tanış ola bilərsiniz.

Ən son yazılan

XS
SM
MD
LG