Keçid linkləri

Təcili xəbərlər

“Google” linklərinin arxasında virus ola bilər


“Google Adwords” linklərinin arxasında zərərli proqram gizlənə bilər.

Yeni aşkar olunan zərərli proqram “Chrome” yükləmək istəyən Apple Mac istifadəçilərini hədəfə alıb. Onlar brauzeri yükləmək əvəzinə, spamlarla, reklamlarla dolu proqramlara, səhifələrə yönləndirilir.

Bu fırıldaqçılığı antivirus şirkəti “Cylanc” ortaya çıxarıb.

CHROME ƏVƏZİNƏ...

Mac istifadəçiləri Google-da “google chrome” yazıb axtaran zaman nəticədə təsdiqlənmiş link gəlir, ancaq səhifənin lap yuxarısında çıxan link onları “www.google.com/chrome/a” deyil, digər şübhəli ünvanlara yönləndirir. İstifadəçilər bir neçə sayta yönləndiriləndən sonra ekranda brauzeri yükləmək üçün "googlechromelive[.]com" saytı açılır.

Buna da bax: Hansı internet brauzer daha təhlükəsizdir?

İstifadəçi saxta brauzeri yükləmək istəyəndə kompüterinin virusa yoluxduğu xəbərdarlıq edilir, ona virusu əngəlləmək üçün daha çox proqram yükləmək təklif olunur. Kompüterə avtomatik olaraq 'FLVPlayer.dmg.' adlı fayl da yüklənir. Bu faylı açan zaman reklamlarla dolu saxta bir media player açılır.

NƏ ETMƏLİ

“Cylanc” məsləhət görür ki, istifadəçilər həmişə açmaq istədikləri linklərin ünvanlarına diqqət etsinlər.

Əgər Mac istifadəçiləri sözügedən zərərli proqramı yükləyiblərsə, nəticələr “Malwarebytes Anti-Malware for Mac” və ya digər antivirus proqramları vasitəsilə aradan qaldırıla bilər.

Şirkət bu fırıldaqçılıqla bağlı “Google”a da bildiriş göndərib. “Google” zərərli proqramı ortadan götürüb

Ən son yazılan

XS
SM
MD
LG