Keçid linkləri

Təcili xəbərlər

Robot cərrah gözdə əməliyyat edir


Yeni cərrahiyyə robotu katarakta əməliyyatı üçün önəmli olan ən xırda hərəkətləri də dəqiqliyi ilə yerinə yetirə bilir.

Kembric Konsaltants (Cambridge Consultants) şirkəti tərəfindən hazırlanmış “Axis” adlı bu robot kiçik ölçüsüylə fərqlənir. Robotun uclarında maqqaş olan iki qolu var.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il 20 mindən çox insan kataraktadan əməliyyat olunur. Nadir hallarda ağırlaşmalar olsa da, bu əməliyyatlar hələ də 10 minlərlə insana kömək edir.

Buna da bax: Epilepsiyanın müalicəsində ciddi irəliləyiş

Katarakta zamanı gözün təbii linzası bulanıqlaşmağa başlayır. Cərrahlar görməni bərpa etmək üçün lensin səthində kiçik deşiklər açıb bulanıq hissələri çıxarırlar və daimi plastik kontakt lenslə əvəz edirlər.

Əgər cərrah səhvən lensin arxa hissəsini deşirsə, ölçüsü bir neçə millimetr olan nazik membran zədələnir, görmə bulanıqlaşır.

“Axis” bu cür səhvlərin qarşısını almaq üçün hazırlanıb. Onun maqqaşları gözün təbii lensi ölçüsündə - 10 mm-ə qədər səthdə dəqiqliklə hərəkət edə bilir.

Cərrahlar robotu ekran arxasından idarə edirlər. Onlar ekrana baxıb 3D çubuqlarla maqqaşları hərəkətə gətirirlər.

Bu cür robot sistemlər indiyədək də olub. Lakin onlar böyük olduğundan xəstəni bütünlüklə əhatə edirlər, istifadə etdikləri alətlər də uzundur. Yeni robotun ölçüsü isə kiçikdir və başın üzərində çox kiçik yer tutur. Xəstə narahatlıq hiss etmir.

XS
SM
MD
LG