Keçid linkləri

Təcili xəbərlər

Tramp seçildi, gözləntilər


1) Dünya birjaları bir neçə gün çalxalanacaq, amma sonra sakitləşəcək, hər şey öz qaydasına düşəcək;

2) ABŞ daha çox daxili siyasətə önəm verəcək, iqtisadi böyümə, əsasən, daxili istehlak və daxili investisiyalar hesabına təmin ediləcək;

3) ABŞ prezidentinin şəxsiyyəti ümumi siyasətə ancaq düzəliş verə, priroritetlərin yerini dəyişə bilər (özünü yox a, yerini, sıralamasını), amma ümumi trendə təsiri minimum olur;

4) Trampu, nədənsə, Rusiya üçün daha məqbul sayırlar. Tam tərsini düşünürəm, münasibətlər hətta gərginləşə də bilər, çünki, Trampa media “Rusiya dostu” damğası vurulub deyə, o, bu alqını dəyişmək üçün Rusiyaya qarşı daha sərt olacaq, Kremlə baş ağrısı gətirəcək. Çünki, ABŞ cəmiyyətinin böyük əksəriyyətində Rusiya alqısı pisdir, Rusiya onlar üçün rəqib və düşməndir;

5) Dostlar, ciddi olun, nə Ziya Məmmədov, nə Anar Məmmədov, nə ayı əti, Trampa bu gün sual ver, heç Azərbaycanın yerini xəritədə göstərə bilməz, Anarı küçədə görsə, tanımaz. Trampun qələbəsinin Məmmədovlara heç bir təsiri olmayacaq, ola da bilməz. Tam tərsi, Trampu bəzi avtoritar rejimlərlə kommersiya əlaqələrində günahkar bilən mediada yazılar olub, indi bunun əksini sübut etmək üçün Tramp bəzi addımlar ata bilər,

6) Demokratiya haqqında – Bilmirəm haradan, amma belə bir illyuzuya var idi ki, Hilari xanım prezident olsa, dünyaya vedrə-vedrə demokratiya dağıdacaq. Demokratiya son məqsəd deyil, demokratiya məqsədlərə çatmaq üçün vasitədir və bunu xalqlar özləri istəməli, özləri buna çalışmalıdırlar. Həm də onu xatırladım ki, son 35 ildə Respublikaçılar ABŞ-da hakimiyyətdə olan illərdə SSRİ çökdü, Rusiyanın ən zəif dövrü oldu, Şərqi Avropa azad oldu, Berlin divarı dağıldı, Varşava Bloku çökdü. Yəni, bunu da nəzərə almaq lazımdır.

Tramp sadə amerikalıların düşündüyü, mətbəxdə danışdığı, amma cəmiyyət içində “publik” deməyə utandığı məsələləri açıq-açıq söylədi, bunun da nəticəsi olaraq səs qazandı, prezident oldu. Yəni, dünyada gedən qlobal trendin davamını sübut etdi, “anti-elita” hərəkatlarının və “politkorrekt” olmayan üslubun uğurlu ola biləcəyi teoriyasını gücləndirdi. Qlobal və ən önəmli nəticə məhz budur...

Ən son yazılan

XS
SM
MD
LG