Keçid linkləri

Təcili xəbərlər

İnternet asılılıq qloballaşır


İnternet asılılıq bəşəriyyəti getdikcə daha geniş şəkildə əsarəti altına alır – iPass Inc şirkətinin Avropa və Şimali Amerikada keçirdiyi sorğudan məlum olub ki, insanların demək olar yarısı Şəbəkəni istirahətdən, şokoladdan və spirtli içkilərdən daha üstün tutur.

Sorğu iştirakçılarının sayı 1700-dən çox olub. Respondentlər əsasən Şəbəkəyə sərf etdikləri vaxtı, öz seçim və gözləntilərini, və eləcə də mobil internetdən asılılıqlarının səviyyəsini qiymətləndiriblər.

Sorğuda iştirak edənlərin 40%-i bildirib ki, WiFi həyatlarının ayrılmaz bir hissəsinə çevrilib, 37%-i onun seksdən, 14%-i şokolad, 9%-i isə spirtli içkilərdən daha vacib olduğunu qeyd ediblər. Sorğu iştirakçılarının üçdə bir hissəsi bildirib ki, WiFi-a görə onların həyat keyfiyyəti də əhəmiyyətli dərəcədə yüksəlib. Bundan başqa, sorğu onu da göstərib ki, WiFi hətta insanların səfər planlaşdırmasında da əsas meyarlardan birinə çevrilib.

Buna da bax: “SpaceX”dən ümumdünya peyk interneti

Belə ki, 72% respondent otel axtararkən orada WiFi-ın olub-olmaması ilə maraqlanır, 21% isə bunu hər zaman etdiklərini bildiriblər. Sorğu iştirakçılarından uçuş bileti alarkən WiFi-ın olub-olmaması onların seçiminə təsir etdiyini, 72% hava limanlarında pulsuz WiFi-dan istifadə etdiyini bildirib.

Makmaster Universitetin digər bir araşdırması isə internet asılılığın depressiya, narahatlıq və impulsivlik ilə əlaqəli olduğunu göstərib. Araşdırmaya görə, bu həmçinin diqqəti də yayındırır. Baxmayaraq ki, daima Şəbəkədə olmaq sosiallıq baxımından məqbul hesab edilir.

XS
SM
MD
LG