Keçid linkləri

Təcili xəbərlər

3D-protez – daha ucuz, daha yüngül


3D prosthetics
3D prosthetics

Uilyam Rutun (William Root) yeni ixtirası protezləşdirmə sahəsində inqilaba səbəb ola bilər. “Exo” adlanan bu 3D-protez demək olar ki, tibbin bu sahəsində yeni səhifə açır. Bundan əlavə, bu növ protez sərfəli qiyməti ilə yanaşı, maraqlı görünüşə də malikdir və istifadədə çox rahatdır.

Bu qeyri-adi protez 3D-skaner və printer vasitəsilə yaradılıb, bu da öz növbəsində protezi xəstənin öz ayaq formasına maksimal uyğun edir. Protezin hazırlanmasına sərf edilən maddi xərcin azlığı da bu protezin qiymətini digər protezlərdən daha münasib edir. Daha öncə hazırlanan modellər demək olar ki, yalnız kosmetik funksiya daşıdıqlarına görə o qədər də funksional deyildilər. Yeni 3D-protez isə bunun da öhdəsindən gələ biləcək.

Buna da bax: 1445 yeni virus aşkar edilib

Uliyam Rut onu da qeyd edir ki, bu protezin ayaqqabı içliyi və istifadəsi də maksimal dərəcədə rahat olacaq, çünki “Exo” əsl ayaq formasına çox uyğun şəkildə yaradılıb. Əlavə olaraq isə, bundan öncəki bahalı protez modelləri ilə müqayisədə 3D-protezin çəkisi də daha azdır.

3D-protezin kütləvi istehsalı haqqında hələ ki məlumat yoxdur, lakin bu ideyaya dəstək verən sponsorlar olarsa, bu ixtira böyük ehtimalla protezləşdirmədə əsaslı yeniliyə imza atacaq.

XS
SM
MD
LG