Keçid linkləri

Təcili xəbərlər

İşə velosipedlə getmək məsləhət deyil


cycling to work bycicle
cycling to work bycicle

Alimlərin apardığı son araşdırma göstərir ki, havası çirkli şəhərlərdə velosiped sürmək və ya qaçmaq sağlamlıq üçün çox təhlükəlidir. Qaçış və ya velosiped sürmək ağ ciyərlərə neqativ təsir göstərərək ürək sancılarına gətirib çıxara bilər.

Belçika alimlərinin fikrincə, şəhərlərdəki çirkli hava ciyərlərdəki qan damarlarını daraldır. Bu oksigenin hüceyrələrə çatmasına mane olur, nəticədə isə ürək-damar xəstəlikləri yaranır.

“Havası çirkli şəhərlərdə yaşayanlar üçün bu çox ciddi bir problemdir. İnsanlar fiziki məşq edərək ciyərlərini təhlükə altına ata bilərlər, bu isə ürək çatışmazlığı ilə nəticələnə bilər”, deyə Jan-Fransua Arqaça (Jean-Francois Argacha) bildirib.

Buna da bax: Qrenlandiya haqda bilmədiklərimiz

Alimlər 2009-2013-cü illər ərzində Belçika xəstəxanalarına müraciət edən 16 min pasientin məlumatlarını götürüblər. Onlar exokardioqramları havanın çirkli göstəriciləri ilə müqayisə edərək belə bir nəticəyə gəliblər ki, havanın çirklənmə göstəriciləri yuxarı olduğu zaman xəstələrin səhhəti daha da pisləşib.

Digər bir eksperimentdə isə alimlər 10 sağlam könüllünü çirklənmiş hava ilə dolu olan bir kamerada yerləşdiriblər. Alimlər ciyərlərin funksiyasını normal halda və ürəyin funksiyasını fiziki məşğuliyyəti imitasiya edəcək hala gətirən dərman atdıqdan sonra analiz ediblər. Dərman qəbulundan sonra orqanizmdə oksigenin dövriyyəsi kəskin şəkildə pisləşib.

“Fiziki aktiv insanlara əsas məsləhətimiz odur ki, havanın çirkli olduğu bir müddətdə fiziki məşğuliyyətlərini məhdudlaşdırsınlar”, deyə alimlər qeyd ediblər.

XS
SM
MD
LG