Keçid linkləri

Təcili xəbərlər

İki ildir problem ətrafında “gəzişən” hökumət...


SƏBƏBLƏR AYRI OLSA DA, HAMI GÖZLƏYİR...

Hamı gözləməkdədir... İnsanlar səbrlə bütün bu devalvasiya proseslərinin nə ilə bitəcəyini gözləyir. Hökumət isə bəlkə də özünün ən sərt qərarını bəyan etmək üçün məqam axtarır...

...hökümət üzvləri faktiki olaraq özləri də etiraf etdilər ki, bu gün baş verən bahalaşma və böhran hələ hamısı deyil, proses davam edəcək...

Ölkədə maliyyə sabitliyi və “əhatəli” antiböhran proqramı üzərində iş getdiyi deyilsə də, üstəlik bu yaxınlarda iqtisadiyyatın əsas strateji inkişaf istiqamətlərinin yol xəritəsi təsdiqlənsə də, insanları daha çox bir xəbərdarlıq düşündürməkdə və ehtiyatlandırmaqadır: hökümət üzvləri faktiki olaraq özləri də etiraf etdilər ki, bu gün baş verən bahalaşma və böhran hələ hamısı deyil, proses davam edəcək...

Amma insanlar yenə də hökumətdən nicat gözləyirlər. Hökumət isə iki ildir ki, problem ətrafında “gəzişməkdə”, ölkənin iqtisadi modelinin əsas qüsurlarını etiraf etməməkdədir...

Hələ də böhranı dünya iqtisadiyatında baş verən bəzi problemlərlə, dünya neft bazarındakı böhranla əlaqələndirmək meylləri güclüdür. Ona görə də iki il ərzində nəinki lazımi profilaktik işlər görülməyib, hətta üzücü böhran prosesi ciddi şəkildə nəzarətə götürülməyib.

Hökumətin indiyədək apardığı “siyasət”də yalnız bir məqamla razılaşmaq olardı. O da budur ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkündür...

Hökumətin indiyədək apardığı “siyasət”də yalnız bir məqamla razılaşmaq olardı. O da budur ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkündür...

Amma fikirləşəndə problem bir az da dərindir. Bu gün Azərbaycanda baş verənlər total bir sistem böhranı, konkret idarəçilik fəlsəfəsinin və ölkədəki iqtisadiyyat ideologiyasının böhranıdır. Neft böhranı və digər bu kimi proseslər sadəcə, bir lakmus kağızı oldu və ölkə iqtisadiyyatındakı “yaralar”ı açıb göstərdi...

MƏMUR KAPİTALİZMİ...

Səmimi şəkildə və hətta bir azca da təəssüflə etiraf edirəm ki, 90-cı illərin əvvəllərində, özəlləşdirmə və ilk iqtisadi islahatlar başlayarkən “məmur kapitalizmi” və “nomenklatura kapitalizmi” kimi ifadələri medianın gündəminə gətirəndə özüm də heç inanmazdım ki, məsələ Azərbaycan üçün belə bir bəlaya çevriləcək. Onu da deyim ki, bu deyimləri, daha doğrusu, bu terminləri heç də özüm kəşf etməmişdim, mən də onları mərhum iqtisadçı Yeqor Qaydarın bir kitabından oxumuşdum...

Söhbət nədən gedir? Biz də razılaşırıq ki, 90-cı illərdə - iqtisadi islahatların lap başlanğıcında siyasi sistemin sərtliyi haradasa labüd idi. Həmin sərtlik və ya sabitlik olmasaydı islahatlara başlamaq, mülkiyyət münasibətlərini dəyişmək və yaxud kommunist iqtisadiyyatını demontaj etmək çox çətin olardı...

Nəticəsi də bu oldu ki, özəlləşdirmə “özünküləşdirmə”yə çevrildi, lap elə ruslar demişkən, “privatizatsiya” dönüb “prixvatizatsiya” oldu və sonda ölkədə “məmur kapitalizmi”nin eybəcər forması bərqərar oldu.

Amma sərtlik tələb olunandan çox oldu, heç də mövsümi, müvəqqəti xarakter daşımadı, əskinə sistem xarakteri aldı. Azərbaycanın hələ oturuşmamış demokratik institutları və dəyərləri hakimiyyətin davamlı pressinqinin qarşısında çökdü, ölkə avtoritarizmə qərq oldu... Nəticəsi də bu oldu ki, özəlləşdirmə “özünküləşdirmə”yə çevrildi, lap elə ruslar demişkən, “privatizatsiya” dönüb “prixvatizatsiya” oldu və sonda ölkədə “məmur kapitalizmi”nin eybəcər forması bərqərar oldu.

İlk dövrlərdə bu, özünü elə də biruzə vermirdi, çünki bütün hallarda xüsusi mülkiyyət institutu müəyyən dəyişikliklər gətirməli idi. Üstəlik, tez bir zamanda ölkəyə böyük neft pulları da daxil olmağa başladı. Bu isə iqtisadi sistemdəki böyük kələ-kötürləri müvəqqəti də olsa malaladı.

Amma elə ki, neft böhranı başlandı, ölkənin iqtisadi modelinin eybəcərlikləri çılpaqlaşdı və hər şey üzə çıxdı. İstisna deyil ki, dünya neft bazarındakı qiymət siyasəti nəticəsində müəyyən mülayimləşmə yenə də ola bilər. Fəqət, böhrandan fundamental çıxış yoluna qədəm qoymaq və normaq iqtisadiyyat yaratmaq üçün tamamilə başqa addımlar tələb olunur.

Həmişə deyrəm ki, əslində Azərbaycandakı iqtisadi islahatları hələ tam bitmiş hesab etmək olmaz. Ölkədə sadəcə, mülkiyyət münasibətləri dəyişib və özəlləşdirmə aparılıb.

Amma hələ də Azərbaycanda əsl azad işgüzar təbəqə yetişdirilməyib, siyasətlə iqtisadiyyat tamam çulğalaşmış bir haldadır, siyasi və iqtisadi elitalar biri-birindən ayırılmayıb...

MƏMUR LİMİTİ...

Ona görə də təkrar-təkrar özümə bir sual verirəm: bütün bunları etmək və həqiqi iqtisadi islahatlar aparmaq mümkündürmü?..

... Məğzi də budur ki, bəzən hakimiyyətin və onun məmurlarının özəl maraqları ölkənin inkişafı və əsl iqtisadi islahatı yolunda çəpər olur.

İqtisadiyyatın siyasəti və fəlsəfəsilə məşğul olanlar arasında “məmur limiti” deyilən anlayış vardır. Məğzi də budur ki, bəzən hakimiyyətin və onun məmurlarının özəl maraqları ölkənin inkişafı və əsl iqtisadi islahatı yolunda çəpər olur.

Əslində hər bir adamın limiti var və hər bir adam müəyyən prosesə ancaq özünə ziyan verməyəcək dərəcədə təkan verməyə və imkan yaratmağa meyllidir. Əgər hər hansı proses ona ziyan gətirməyə başlayırsa, o, dərhal onu dayandırmağa çalışır. Bəlkə də bu, hər bir adamın öz özəl maraqlarını qorumaq üçün göstərdiyi təbii psixoloji müqavimətidir.

İndi bircə anlığa Azərbaycandakı hakimiyyətin və onun məmurlarının nələrə sahib olduqlarını və ya hansı imtiyazlara malik olduqlarını yada salın və sonra da bircə suala cavab verin: onlar heç əsl islahatlara razı olarlarmı? Onlar bu qədər sərvəti və hakimiyyəti, imtiyazları və üstünlükləri itirməyə razı olarlarmı?

Böhran başlayandan hökumətin addımlarını izləməyə çalışıram. Nə edirlər? Nəyəsə nəzarət etmək üçün qurum yaradırlar... Az sonra həmin qurumun özünə nəzarət etmək üçün başqa qurum təsis edirlər. Beləcə, “proses”- inzibati xaos davam edir və nəticəsi də olmur.

Əgər doğrudan da nəzarət istəyirlərsə, qoy, müstəqil məhkəmə, azad və çoxpartiyalı parlament yaratsınlar. Amma etmirlər...

Nəticəsi ona görə olmur ki, bunu hələ yüz illər bundan əvvəl Şarl-Lui Monteskyö başa düşmüşdü. Əgər doğrudan da nəzarət istəyirlərsə, qoy, müstəqil məhkəmə, azad və çoxpartiyalı parlament yaratsınlar. Amma etmirlər. Elə bu səbəbdən bir daha deyirik ki, nəticə yoxdur və ola da bilməz.

Ölkəni bu üzücü böhrandan yalnız kompleks islahatlar, birgə siyasi və iqtisadi islahatlar çıxara bilərdi. Bunu isə istəmirlər... Təbii ki, hətta bu halda da problem bir günün içində həll olmayacaq, üstəlik, həyatda heç bir halda əbədi iqtisadi və siyasi reseptlər olmur.

Böhranlar müəyyən bir mənada labüddür - hər bir iqtisadi sxem müəyyən vaxtdan sonra durğunluğa gətirib çıxarır. Əsas odur ki, belə hallarda iqtisadiyata və ya siyasətə düzgün inkişaf impulsları verəsən...

Azərbaycanda isə bunu istəmirlər. Ona görə ki, məmurlar nə siyası, nə də iqtisadi hakimiyyəti itirmək istəmirlər. Belə olan halda isə ha əlləş, heç bir nəticəsi olmayacaq, çünki bir əldə iki qarpız saxlamaq mümkün deyil.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG