Keçid linkləri

Təcili xəbərlər

Bir səfirliyin açılmamasının sirri


İsrailin baş naziri Benjamin Netahyahu və Azərbaycan prezidenti İlham Əliyev
İsrailin baş naziri Benjamin Netahyahu və Azərbaycan prezidenti İlham Əliyev

İLLƏRDİR YUBADILAN MƏSƏLƏ...

İsrailin baş nazirinin Bakıya səfəri son həftənin, bəlkə də son ayın ən maraqlı hadisələrindən biri oldu. Amma bu xüsusda yazını bir qədər yubatmalı oldum. Ona görə ki, bəzi məqamların aydınlaşmasına ehtiyac vardı.

Əslində Azərbaycanla İsrailin geniş və əhatəli əlaqələri var. İki ölkə arasındakı təkcə hərbi kontraktların həcmi milyardlarla dollarla ölçülür... Həm də Azərbaycan yeganə Qafqaz ölkəsidir ki, burada böyük yəhudi icması yaşayır.

Əslində Azərbaycanla İsrailin geniş və əhatəli əlaqələri var. İki ölkə arasındakı təkcə hərbi kontraktların həcmi milyardlarla dollarla ölçülür. Üstəlik, hər iki ölkənin insanlarıının biri-birilə intensiv kontaktları var – müxtəlif məqsədlərlə azərbaycanlıların İsrailə, yəhudilərin isə Azərbaycana səfərləri adi bir haldır. Həm də Azərbaycan yeganə Qafqaz ölkəsidir ki, burada böyük yəhudi icması yaşayır.

Amma bu əlaqələrin maraqlı və hətta bir az anlaşılmaz cəhətləri də vardır. Hamı iki ölkə arasındakı əlaqələrin çox vacib olduğunu, xüsusən də İsrailin Azərbaycan üçün bir çox sahələrdə böyük önəm kəsb etdiyini deyir. Fəqət, on illərdir ki, bircə məsələ həllini tapmır – İsraildə Azərbaycanın səfirliyi açılmır ki, açılmır.

Artıq on illərdir ki, bir siyasi yazar kimi məsələni daim diqqətdə saxlayıram – lap əvvəllər “Azadlıq” qəzetində, daha sonra isə Azadlıq Radiosunda və eləcə də digər media strukturlarında məsələni aktuallaşdırmağa çalışmışam. Amma ki, indiyədək İsraildə Azərbaycanın səfirliyinin açılmamasının əsl səbəblərini anlaya bilməmişəm...

AZƏRBAYCAN İRANDAN EHTİYAT EDİR?

Ümumi fikir budur ki, iki ölkə arasında daha simmetrik və geniş diplomatik münasibətərin yaranmamasının səbəbi İranın və eləcə də İslam Əməkdaşlıq Təşkiltanın təhdidləridir.

İranın və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün, xüsusən də rəsmi Bakı üçün önəmini anlayıram. Amma niyə görə Azərbaycan İranın dediyilə oturub-durmalıdır?

Uzun illərdir rəsmi Bakının xahiş-minnətinə rəğmən İranın Ermənistanla çox geniş əlaqələri var və bu məsələdə daim bayraq etdiyi “islam həmrəyliyi” şüarı heç Tehranın yadına da düşmür. Amma belə məlum olur ki, İsraillə münasibətlər qurmağa gələndə Bakı İranın rəyini öyrənməlidir!..

Uzun illərdir rəsmi Bakının xahiş-minnətinə rəğmən İranın Ermənistanla çox geniş əlaqələri var və bu məsələdə daim bayraq etdiyi “islam həmrəyliyi” şüarı heç Tehranın yadına da düşmür. Amma belə məlum olur ki, İsraillə münasibətlər qurmağa gələndə Bakı İranın rəyini öyrənməlidir!..

Müsəlman dünyasına gəldikdə, Türkiyə də islam ölkəsdir. Üstəlik də lider ölkədir. Amma bu, ona İsraillə normal münasibət qurmağa mane olmur. Düzdür, son vaxtlarda İsraillə Türkiyənin də münasibətlərində müəyyən problemlər yaranmışdı, amma ki, axır vaxtlar bu məsələlər də yoluna qoyulur.

Ona görə də maraqlı sual yaranır. Məgər Azərbaycan Yaxın Şərqdə Türkiyədən daha fəal siyasət yürüdürmü ki, buna görə durub müsəlman dünyasından ehtiyat etsin və İsraillə münasibətləri genişləndirməkdən çəkinsin?

Bilirsiniz, İsraillə münasibətlər haradasa, Azərbaycanın Avropa strukturlarına, xüsusən də NATO-ya münasibətinə bənzəyir. Rəsmi Bakı Rusiyadan o qədər ehtiyat edir ki, hətta yuxusunda da NATO-nu və ya digər Avropa strukturlarını görməyə qorxur.

NATO və Avropa məsələsində bir nüans var. Azərbaycan hakimiyyətinin elə özünün də bu strukturlar ürəyindən deyil.

Amma NATO və Avropa məsələsində bir nüans var. Azərbaycan hakimiyyətinin elə özünün də bu strukturlar ürəyindən deyil. Səbəbini hamı olduqca yaxşı bilir – Avropa ilə hərtərəfli yaxınlaşmaya həm də ölkədəki idarəçilik fəlsəfəsi və hakimiyyətin özəl siyasi maraqları mane olur. Burada sanki rəsmi Bakının öz münasibətilə Rusiyanın tələbləri üst-üstə düşüb.

Bəs İsraillə münasibətlərə, xüsusən də İsraildə Azərbaycan səfirliyinin açılmasına nə gəlib? Bəlkə burada da hakimiyyətin özəl maraqları var və yaxud da o, İsraillə geniş əlaqələri də özü üçün bir təhlükə sayır?

Bunun hakimiyyət üçün yeganə “təhlükəli” tərəfini bir az əvvəldə dedik – İrandan ehtiyat edirlər. Başqa səbəb adamın ağlına gəlmir...

GÖRƏNDƏ Kİ, DÖVLƏT MÜSTƏQİLLİYİ DƏ...

Bir az əvvəldə dedim ki, illərdir İsraillə Azərbaycanın daha geniş əlaqələrini aktuallaşdırmağa çalışmışam. Deyim ki, hətta elə vaxtlar olub ki, hökumət məsələnin artıq həll olunduğunu və İsraildə səfirliyin açılacağını deyib. Amma gəl, hər dəfə də bu bəyanatlar özünün təsdiqini tapa bilməyib ki, bilməyib...

Doğrusu, məni hökumət-filan maraqlandırmır. Mənim üçün daha çox dövlət və bir də milli maraqlar var...

Soruşa bilrsiniz ki, sizə nə düşüb? Avtoritar Azərbaycan hakimiyyəti İsrailin də timsalında dost tapanda sizə nə olacaq, siz nə tapacaqsınız?.. Doğrusu, məni hökumət-filan maraqlandırmır. Mənim üçün daha çox dövlət və bir də milli maraqlar var. Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlər simmetrikləşsə, onlar daha intensiv xarakter alar və hətta daha səmimi olar – hərçənd ki, bu “səmimiyyət” sözünü diplomatlar və siyasətçilər qətiyyən sevmir.

Bir ciddi nüans da var... Axır vaxtlar çox şey itirmişik. Son 20 ildə bir çox şeylərdən vaz keçmişik. Demokratiyanı itirmişik, normal cəmiyyətdə və hüquqi dövlətdə yaşamaq haqqımızdan vaz keçmişik. Bircə təsəlli odur ki, Azərbaycan müstəqil dövlətdir və onun ən azı öz müstəqil xarici siyasəti var.

Görəndə ki, sənin müstəqil dövlətin hətta xarici siyasət kursunu da kiməsə baxaraq tənzimləyir və ya onu kiminsə diqtəsi altında müəyyən edir, adamın lap ürəyi ağrıyır.

Düşünəndə ki, hətta sənin dövlət müstəqilliyin də müəyyən mənalarda şərtidir, onda yaşamaq və nəyəsə ümid etmək çox çətin olur...

BAŞQA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ DƏ VAR

Özümə gəldikdə isə, İsrail də, onun xalqı da mənim üçün sadəcə, maraqlıdır. Bu maraqda heç bir təmənna yoxdur. Mən hətta bəziləri tək “Yəhudi lobbisinin gücündən istifadə edib Azərbaycan həqiqətlərini dünyaya yaymalıyıq!” kimi çeynənmiş “çağırış”ları da tirajlamaq istəmir və sadəcə, hesab edirəm ki, axtarsaq, daha geniş münasibətlərdə hər iki ölkə üçün xeyli faydalı məqamlar tapmaq olar...

“Azərbaycan həqiqətləri”nə gəldikdə isə, mənim də bildiyim bəzi həqiqətlər də var. Əslində onları hamı bilir. Yox, demirəm ki, onları da dünya çapına çıxaraq. Amma heç olmasa, arabir bu haqda da düşünək. Ən azı ona görə ki, bu həqiqətlər ölkəyə və onun cəmiyyətinə bir utanc gətirir və özümüzü nə qədər tərifləsək də, getdikcə dünyada “Budurmu sizin “multikultural” və “tolerant” Azərbaycan?” deyənlərin sayı artır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG