Keçid linkləri

Təcili xəbərlər

Bill Qeyts: Bəşəriyyət on ildən sonra qripdən məhv olacaq


Microsoft Korporasiyasını təsisçisi Bill Qeyts (Bill Gates) yaxın illər ərzində yeni, ölümcül yoluxucu virusun yaranacağından qorxduğunu dilə gətirib.

Bill və onun həyat yoldaşı Melinda epidemiyalara qarşı yeni dərman və peyvəndlərin hazırlanması ilə məşğul olan fondu maliyyələşdirirlər. Qeyts virusologiya sahəsi ilə yaxından tanış olduğuna görə, bəşəriyyətin hazırda təhlükədə olduğuna inanır. Onun fikrincə, hazırda tibb sahəsi yeni epidemiyalara, viruslara qarşı o qədər də inkişaf etməyib.

Öz sözlərinə sübut olaraq, iş adamı Afrikada Ebola virusunu, Latın Amerikasında Zika virusunu misal gətirir. Bu viruslara qarşı peyvəndlərin hazırlanması kifayət qədər uzun vaxt aldı, bu isə müasir elmin bəşəriyyəti qoruya bilmədiyini aydın şəkildə nümayiş etdirir.

Bill Qeyts onu da qeyd edib ki, yaxın on il ərzində yeni ölümcül virusun yaranacağını gözləməyə əsaslar da var. Əgər Billin qorxuları həqiqətə çevrilərsə, bütün bəşəriyyət məhv təhlükəsi ilə üz-üzə qalacaq. Çünki bu xəstəlik sürətlə yayılacaq, ona qarşı vaksinanın hazırlanması isə elə də tez bir zamanda başa gəlməyəcək.

XS
SM
MD
LG