Keçid linkləri

Təcili xəbərlər

Qanda şəkəri ölçən corablar


Günümüzdə ən çox yayılan xəstəliklərdən biri şəkərli diabetdir. Xəstəlik hər gün nəzarət tələb edir. Bunun üçün də xəstənin şəkəri tez-tez ölçülməlidir.

Adətən şəkəri ölçmək üçün qlukometrdən istifadə olunur. Amerikalı alimlər isə qanda şəkərin səviyyəsini ölçmək üçün yeni üsul ixtira ediblər.

Kaliforniya Universitetinin tədqiqatçıları qan şəkərini xüsusi corabın köməyi ilə ölçməyi təklif edirlər.

Corab şəkərin səviyyəsini qanı deyil, insanın tərini analiz etməklə ölçür. Bunun üçün coraba xüsusi elastik sensorlar birləşdirilib.

Analizin nəticəsini istifadəçi smartfonunda əldə edir. Xüsusi proqramda şəkərin və süd turşusunun səviyyəsi göstərilir.

Bənzər metodikadan elm uzun müddətdir yararlanır. Lakin, dizayn məhdudiyyətləri geyimlərə sensoru yerləşdirməyə imkan vermirdi.

Alimlər hesab edirlər ki, tezliklə, ənənəvi qlukometrləri qanın vəziyyətini bütünlüklə müəyyən etməyə imkan verən bu corablar kimi geyinilən yeni üsullar əvəz edəcək.

XS
SM
MD
LG