Keçid linkləri

Təcili xəbərlər

Qorxanlar nə etməlidirlər?


Az qala 10 ildən çoxdur Azərbaycan tv-lərinə baxmıram, ümumiyyətlə, evdə televizor heç bir yerli tv-ni göstərmir, hamısını uzun illər öncədən silmişik.

Birinci, bu özünəhörmət məsələsidir. Həmin tv-lər yalan və yaltaqlıq “maşınından” başqa bir şey deyillər, üstəlik, tamaşaçıya yaradıcı mənada da zövqsüzlük və bayağılıqdan başqa heç nə təklif etmirlər. Onlara vaxt ayırmağa, zaman xərcləməyə dəyərmi?

Birinci, bu özünəhörmət məsələsidir. Həmin tv-lər yalan və yaltaqlıq “maşınından” başqa bir şey deyillər, üstəlik, tamaşaçıya yaradıcı mənada da zövqsüzlük və bayağılıqdan başqa heç nə təklif etmirlər. Onlara vaxt ayırmağa, zaman xərcləməyə dəyərmi? Bir insan özünə qarşı bu rəzilliyi necə rəva görə bilər?!

İkinci, biz şər təbliğatının ölkə boyu yayılmasının, “at oynatmasının” qarşısını almaqda çarəsizik. Ancaq onun heç olmasa, evimizə soxulmasının qarşısını ki, ala bilərik? Övladlarımızın altşüuruna dürtülməsinə, onların beynini erkən yaşda zəhərləməsinə ki, mane ola bilərik?

Elə vəziyyətə gəlib çatmışıq ki, bəzən belə xırda, fərdi protestolara, boykotlara da ehtiyac duyur adam. Bununla ən azı kiçicik də olsa, mənəvi rahatlıq tapırsan.

Biz əksər hallarda vəziyyətin birdən-birə, 180 dərəcə dəyişməsini istəyirik. İstəyirik bir anda bataqlıqdan gülüstanlığa çevrilsin ölkə. Mən də istəyirəm. Ancaq nə qədər realdır bu? Nə qədər mümkündür? Hətta ölkədəki rejim dəyişikliyindən sonra da məmləkətə son 24 ildə vurulan sosial-iqtisadi zərbələr bir yana, mənəvi yaraları sağaltmaq üçün xeyli zaman tələb olunacaq. Necə deyərlər, “xəstə istədiyi qədər tələsə bilər, ancaq armud onsuz da zamanında yetişəcək”.

... bunun yolunun ancaq nəhəng etiraz dalğalarından keçdiyinə inanmaq da! Əlbəttə, belə etirazlar həlledici olacaq. Ancaq bu da unudulmamalıdır: ümumxalq eirazlarına gedən yol həm də fərdi protestolardan, təpkilərdən keçir. Şəxsi nümunələr ortaya qoymaqdan keçir.

Bu mənada ölkədə köklü dəyişikliyin bir göz qırpımında baş verməsinə ümid etmək mənasızdır. Üstəlik, bunun yolunun ancaq nəhəng etiraz dalğalarından keçdiyinə inanmaq da! Əlbəttə, belə etirazlar həlledici olacaq. Ancaq bu da unudulmamalıdır: ümumxalq eirazlarına gedən yol həm də fərdi protestolardan, təpkilərdən keçir. Şəxsi nümunələr ortaya qoymaqdan keçir.

Bir dəfə təsadüfən tanış olduğumuz bir universitet müəllimi səmimi şəkildə dedi, “ölkəmizin doğru yolda olmadığını başa düşürəm, vicdanım narahatdır ki, buna qarşı səsimi çıxara bilmirəm, nə mitinqə getməyə cəsarətim çatır, nə başqa cür etiraz etməyə, işimi itirməkdən qorxuram”, falan-filan.

Cavab verdim ki, “mitinqə çıxa bilmirsən, eybi yox, tələbədən rüşvət almamağı ki bacararsan!”

Yüngülcə qızardı, istədi, heç vaxt rüşvət almadığını desin, bildi ki, inandırıcı olmayacaq, dinmədi.

Bəli, başa düşürük ki, biz olduqca basqıçı, repressiv bir rejimlə qarşı-qarşıyayıq, o, insanları fərqli siyasi baxışlarına, fikirlərinə görə bağışlamır, təqib edir, işsiz, ac qoyur, hər fürsətdə cəzalandırır. Buna görə də hər kəsdən cəsarət nümayişi gözləmək və tələb etmək də olmur.

Ancaq elə fərdi davranışlar sərgiləmək olar ki, ən azı öz daxilində mənəvi rahatlıq tapasan. Rüşvət almaya bilərsən, məsələn. Ya da “seçki karuseli”nin parçası olmaya bilərsən. Lap Az.TV-lərə baxmamaqla da özünə təsəlli verə bilərsən ki, “heç olmasa, bunu bacardım!”

Analoqsuz inkişaf nağıllarını eşidəndə gülümsəyə bilməklə belə, etirazını ifadə etmək mümkündür.

Mənəvi baxımdan sağlam, bəşəri dəyərlərə, demokratik ideallara bağlı uşaqlar böyütməyə nədir sözünüz?

Bunlar onillərdir ən dəhşətli şərtlər altında hüquq və azadlıq mücadiləsi verənlərin fədakarlığı qarşısında əlbəttə, çox xırda, əhəmiyyətsiz, gərəksiz təpkilər kimi görünə bilər. Ki, zatən belə olduğunu özüm də yuxarıda yazmışam.
Lakin bunların sonda təsirsiz qalmayacağına inanıram.

Bunlar onillərdir ən dəhşətli şərtlər altında hüquq və azadlıq mücadiləsi verənlərin fədakarlığı qarşısında əlbəttə, çox xırda, əhəmiyyətsiz, gərəksiz təpkilər kimi görünə bilər. Ki, zatən belə olduğunu özüm də yuxarıda yazmışam.

Lakin bunların sonda təsirsiz qalmayacağına inanıram.

Nə vaxtsa bir ümumxalq etirazı olacaqsa, o həm də belə damlalardan yaranacaq, ortaya çıxacaq deyə düşünürəm.

Kimlərəsə gülməli görünə bilər bu yazdıqlarım. İllah ki, haqlıyam da demirəm.

Ola bilsin, boğulan saman çöpündən yapışan kimi mən də belə xırda-xuruş etiraz formalarına ümid bağlayıram.

Ancaq kütləvi itaətkarlığın, total köləliyin bu qədər gücləndiyi, bu qədər genişləndiyi bir vaxtda boğulana imkan vermək lazımdır ki, o, heç olmasa saman çöpündən yapışsın və dəyişikliklə, işıqlı, azad gələcəklə bağlı ümidləri ilə biryolluq vidalaşmasın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG