Keçid linkləri

Təcili xəbərlər

Təkrəngli ölkənin üçrəngli bayrağı...


Daha bir təntənəli görsəniş – Dövlət Bayrağı Günü arxada qaldı.

Küçələr üçrəngli bayraqlarla bəzədildi.

Sosial şəbəkələr o üçrəngli bayrağa bürünüb çəkilən şəkillərlə aşdı-daşdı.

Saytlar o üçrəngli bayrağın şəninə təmtəraqlı şeirlər, pafoslu məqalələr yayımladılar.

Daha nələr, nələr...

Və bütün bu təntənəli görsənişin içində yenə böyük dərdlər, ağır ağrılar görünməz oldu.

Və bütün bu təntənəli görsənişin içində yenə böyük dərdlər, ağır ağrılar görünməz oldu.

Məsələn, nə qədər insan oturub-düşündü: bayrağı belə, üç rəngdən oluşan bir ölkəni necə təkrəngliliyə təslim etmək olar?

Hamıdan eyni cür düşünüb, eyni cür danışmağı tələb etmək, hamıdan eyni bağın gülü, eyni dağın yeli olmağı istəmək nə qədər doğrudur?

Bayrağında belə, üç fərqli rəngin əks olunduğu ölkədə niyə siyasi-ictimai baxımdan fərqli rənglərə yer olmamalı, meydan tanınmamalıdır?

Bir yandan o bayrağı dünyanın ən uzun dirəyinin ucuna sancmaqla qürrələnib, başqa yandan o bayrağı ilk dəfə dalğalandıran Cümhuriyyət davalılarının – qurucu babaların arzu və xəyal etdikləri müasir, mədəni dünya ölkəsi olmaqdan hər gün bir az da uzaqlaşmaq, bu ölkənin qapılarını hər gün bir az da zərblə azad, demokratik, gəlişmiş dünyanın üzünə çırpmaq hansı məntiqə sığır?

Əslində Bayraq Bayramında insanlar özlərinə və bir-birlərinə daha çox bu sualları verməlidir.

... mən indi bu sətirləri yazarkən sosial şəbəkələrdə müxalifətin son mitinqində iştirak edən insanlara qarşı polisin və yerli icra hakimiyyəti qurumlarının özbaşına, repressiv addımları haqqında gələn xəbərlərin ard-arası kəsilmirdi.

Baxın: mən indi bu sətirləri yazarkən sosial şəbəkələrdə müxalifətin son mitinqində iştirak edən insanlara qarşı polisin və yerli icra hakimiyyəti qurumlarının özbaşına, repressiv addımları haqqında gələn xəbərlərin ard-arası kəsilmirdi.

Bayrağında üç ayrı rəngə yer olan bir ölkədə niyə ayrı fikirdə, düşüncədə olan insanlar bu basqını, təhdidi görməli, onlara bu çağdışı münasibət sərgilənməlidir?

Saytlar var ki, il boyu siyasi-ictimai yalanlar və iftiralar üyütməklə məşğuldurlar. Şərin keşiyində mətin dayanırlar. Həqiqəti görmək və yazmaq onlara yaddır. Ancaq baxırsan bayraq haqqında elə yazılar yayımlayır, deyərsən, ölkədə onlardan qeyri bayraq sevdalısı, bayraq təəssübkeşi yoxdur.

Bayrağın altında oturub hər əyri işə imza atanlar da – rüşvət alanlar, seçki saxtalaşdıranlar, ədalətsiz məhkəmə qərarlarına imza atanlar bayraq haqqında elə danışır, kənardan baxanın heyrətdən gözləri dörd olar.

Lakin yalnız bu pafoslu, təntənəli bayraq sevgisi ilə iş aşsa, nə vardı ki!

Yaşadığımız çağda bir ölkənin bayrağını dirəklər yox, dəyərlər ucaldar – o dəyərlər ki, bəşəridir, çağdaşdır, moderndir. İnsanlığın qurtuluşuna xidmət edir.

Belə dəyərlərə tüpürüb, onlara kürəyini çevirib ilin 365 günü Bayraq Bayramı keçirsən nə mənası?

Bayrağı sevirsən, onu ucalarda görmək istəyirsən? Onda buyur, elə bir ölkə qur ki, orada:

- hüququn üstündə heç bir güc olmasın;

- millətin iradəsi hakimiyyətə yansısın;

- insanlar düşüncələrinə görə xor görülməsin, əzilməsin, dışlanmasın, cəzalandırılmasın;
- yalan və talan idarəetmə normasına çevrilməsin;

- insanlar düşüncələrinə görə xor görülməsin, əzilməsin, dışlanmasın, cəzalandırılmasın;

- yalan və talan idarəetmə normasına çevrilməsin;

- dünyanın ən ali dəyəri olan azadlıq(lar) boğulmasın;

- hər fikirdən olan insanlar dostca, qardaşca bir arada yaşaya, fərqli rənglərin yaratdığı siyasi gözəllik oluşdura bilsinlər;

- monarxiya deyil, respublika ideyaları qalib gəlsin;

- tayfaçılıq, yerliçilik böyük mərifət kimi qəbul edilməsin;

- kütlə xalq, camaat millətə çevrilə bilsin...

Bunlar olduqdan sonra zatən bayrağınız uca, bayramınız da qutlu olacaq.

O bayrağa qoşulan şərqilər qulağa, şeirlər ürəyə xoş gələcək, fərəh və sevinc gətirəcək insanın qəlbinə.

Bax onda hər kəs görəcək və anlayacaq: bayraq yüksəklərdə dalğalansın deyə, onu ən uzun bayraq dirəyinin ucuna sancmağa gərək yoxdur.

Bayraq belə dirəklərsiz də ən dibsiz ənginliklərə ucalır.

Elə onun şəninə qoşulan şeirlər də, şərqilər də bax onda bir anlam, məna qazanır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG