Keçid linkləri

Təcili xəbərlər

Azadlıq – sağaldır!


Həftə səkkiz, mən doqquz mütləq hansısa aktyorun, aktrisanın, şairin, yazıçının... xəstə olduğu, müalicəyə pul tapmadığı, hakim partiya və hökumətin atalıq qayğısına ehtiyac duyduğu, ya da bu qayğısızlıqdan gileyləndiyi, şikayətləndiyi barədə xəbərlər oxuyuruq.

Oxuyuruq və... əksəriyyətimiz üzülürük. Acıyırıq. Heyfsilənirik.

Ancaq bir kərə olsun belə, dönüb soruşuruqmu özümüzdən: yaradıcı adamların sağlıq sorunları ilə baş-başa qaldıqda bunun öhdəsindən öz maddi gücləri, imkanları ilə gələ bilməməsi nə qədər normal, nə qədər doğrudur?

Ancaq bir kərə olsun belə, dönüb soruşuruqmu özümüzdən: bəyənib-bəyənməməyimizdən, sevib-sevməməyimizdən asılı olmayaraq yaradıcı adamların sağlıq sorunları ilə baş-başa qaldıqda bunun öhdəsindən öz maddi gücləri, imkanları ilə gələ bilməməsi nə qədər normal, nə qədər doğrudur?

Nə soruşmaq?

Hətta çoxluğa elə gəlir ki, əslində belə də olmalıdır: yaradıcı adam mütləq partiya və hökumətin şəfqəti, qayğısı altında yaşamalı, xəstələnməli, müalicə edilməli, sağalacaqsa elə bu qayğı və şəfqətlə sağalmalı, öləcəksə yenə həmin qayğı və şəfqətə rəğmən ölməlidir!

Səbəb?

Səbəb sadədir:

Məmləkətin mütləq əksəriyyəti – elə yaradıcı adamların mütləq çoxluğu ilə birlikdə! – ədəbiyyatı, sənəti və onu ərsəyə gətirənləri hakim gücün iradəsindən kənarda təsəvvür etmirlər.

Bu mütləq əksəriyyət heç cür dərk və qəbul etmək istəmir ki, azadlıq sadəcə, siyasi tələb deyil.

Azadlıq yalnız xalqın istəklərinə və iradəsinə uyğun idarəetmələrin önünü açmaqla məhdudlaşmır.
O həm də mənəvi zərurətdir.

Azadlıq yalnız xalqın istəklərinə və iradəsinə uyğun idarəetmələrin önünü açmaqla məhdudlaşmır.

O həm də mənəvi zərurətdir.

Elə bir mənəvi zərurət ki, o yaradıcı adama öz istedadını reallaşdırmaq, öz bədii, kültürəl imkanlarını gerçəkləşdirmək imkanı ilə bərabər, həm də heç bir hegemon güc qarşısında əyilmədən, saray təlxəkliyi etmədən yaşamaq və ölmək, xəstələnmək və sağalmaq fürsəti tanıyır!

Ona görə də azadlıq - yalnız siyasiləşmiş insanların deyil, işindən, peşəsindən asılı olmayaraq hər kəsin ortaq istəyinə, hədəfinə çevrilməlidir.

Kimsə qüsura baxmasın: azadlığın təntənəsinə kömək, bu prosesdə bacardığın qədər etmədikcə hansısa məmurun mərhəmətinə ümid edə-edə yaşamaq da qaçılmazdır!

Nə qədər ki, bu ölkənin yaradıcı adamları başlarını qaldırıb təqvimə baxmayacaqlar, o təqvimin XXI yüzili, 2017-ci ili göstərdiyini görməyəcəklər və sənətin, sənətkarın sovetdənqalma stereotiplər sayəsində mövcudluğu prinsipi ilə razılaşacaqlar, onda xəstələnərkən lütf eləyib dərman almağa pul tapmadıqlarından da gileylənib zəhlə tökməyəcəklər, baş-beyin xarab eləməyəcəklər. Ya da haralarısa ağrıyanda “niyə neft ölkəsində mənim müalicə olunmağa imkanım yoxdur” sualı ilə zəhlə tökməyəcəklər.

Ən əsası isə, nəhayət anlayacaqlar bu sadə həqiqəti: azad, hürr bir ölkə ən çox onlara – yaradıcı insanlara lazımdır.
Təkcə ona görə yox ki, yazıçıdırlarsa - istədiklərini yazsınlar...

Ən əsası isə, nəhayət anlayacaqlar bu sadə həqiqəti: azad, hürr bir ölkə ən çox onlara – yaradıcı insanlara lazımdır.

Təkcə ona görə yox ki, yazıçıdırlarsa - istədiklərini yazsınlar.

Təkcə ona görə yox ki, rejissordurlarsa - istədiklərini səhnələşdirsinlər, çəksinlər, bəstələsinlər.

Təkcə ona görə yox ki, aktyordurlarsa - istədikləri rolu ürkmədən canlandırsınlar.

Həm də ona görə ki, kimsənin, ancaq kimsənin əlinə baxmadan yaşasınlar.

Xəstələnəndə də hansısa haramxorun əlinə baxmadan sağala, həyatlarına davam edə bilsinlər!

O deyənlər var e, yaradıcı adam sözünü yazdığı romanla, şeirlə, çəkdiyi filmlə, oynadığı rolla, bəstələdiyi filmlə deməlidir-zad.

Boş söhbətdir. Mifdir. Fiksiyadır.

Hansısa aktyor kinoda vicdanlı adam obrazı yaradıb həyatda yaltaqlıq eləyəndən, ya da hansısa yazıçı kitabında həqiqət, ləyaqət haqqında bəhs edib həyatda yalan və fırıldaqla məşğul olandan sonra həmin rol, ya da həmin əsər nə dərdə dərmandır?

Azadlıq elə bir ülvi niyyət, elə bir ali məqsəddir ki, daha çox gerçək əməli sevir. Kitab öz yerində.
Film də, filan da.
Ancaq azadlıq - şəxsiyyətlə yaradıcılığın bütünlüyünü, bütövlüyünü, bir-birini tamamlamasını daha çox sevir.

Azadlıq elə bir ülvi niyyət, elə bir ali məqsəddir ki, daha çox gerçək əməli sevir.

Kitab öz yerində. Film də, filan da.

Ancaq azadlıq - şəxsiyyətlə yaradıcılığın bütünlüyünü, bütövlüyünü, bir-birini tamamlamasını daha çox sevir.

Bunların biri digəri ilə uyuşmayanda isə ortaya şikəst yazıçı, sənətçi çıxarır.

Ən əsası isə, müti, kölə bir mühit.

Elə bir kölə, müti mühit ki, orada özbaşına yaşamadığın kimi, özbaşına xəstələnib sağala, sağalmaq cəhənnəm, hətta ölə də bilməzsən.

Bunun hamısı üçün mütləq “atalıq qayğısı” lazımdır.

Günümüz Azərbaycanında hakim partiya və hökumətdən müalicələrinə köməklik, dərman almağa pul istəmək məcburiyyətində qalanlar bunu unutmamalıdırlar.

Adam gözləyəndə ki, məsələn, kimsə ona “xalq artisti” adı versin, onda zəhmət çəkib kiminsə həkim puluna, dərman puluna möhtac qalmalarına da razılaşmalı, bunu təbii, qanuna və məntiqə uyğunluq kimi qarşılamalıdır.

Yoxsa o, durub düşdüyü çətin, məşəqqətli vəziyyətdən gileylənəndə idbar bir mənzərə alınır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG