Keçid linkləri

Supertooth HD elektron cihazı avtomobil sükanını buraxmadan sürücülərə «Facebook» və «Twitter»də baş verənləri izləmək imkanı yaradacaq.

Yeni cihaz vasitəsiylə mesaj göndərmək, elektron poçtla ünsiyyət saxlamaq mümkün olacaq. Bu haqda Gizmag texnologiya bloqu məlumat verir.

Supertooth HD cihazı avtomobil salonunu gündən qoruyucu örtükünə bərkidilir. Danışıq səsinin yazılması üçün iki mikrofona və iki səs gücləndiriciyə malikdir olan elektron cihaz bluetooth-un köməyi ilə mobil telefona qoşulur.

Yeni hazırlanan cihaz yalnız Android və BlackBerry smartfonları üçün nəzərdə tutulub. Dial2Do səsli idarəetmə texnologiyası əsasında hazırlanan cihaz gələcəkdə bütün müasir smartfonlara qoşula biləcək.

Elektron cihazın istehsalçısı olan fransız şirkəti, SuperTooth HD-ı 2011-ci ilin aprel ayından etibarən satışa çıxarmağı planlaşdırır.

Bir çox ölkələrdə hazırda sürücülərə sükan arxasında mobil telefonlardan SMS göndərilməsi qadağan edilir. Belə qurğuların istifadəsi sürücülərin avtomobilin idarə olunmasından yayınmadan «Facebook» və «Twitter» istifadəçilərlə əlaqə saxlamaq və mesajları göndərmək imkanını təmin edəcək.
XS
SM
MD
LG