Keçid linkləri

Ağ evin keçmiş mətbuat katibi Robert Gibbs «Facebook»-da işləməyə hazırlaşır. Bu barədə «The New York Times» qəzeti yazır: «Hazırda Barak Obamanın ştatdankənar məsləhətçisi sosial şəbəkənin administrasiyasında rəhbərlik edən postlardan birində işə düzəlmə haqqında «Facebook»la danışıqlar aparır».

Tərəflər danışıqları rəsmən təsdiq etmirlər. Həmçinin müzakirələrin hər hansı konkret nəticələrə gətirib çıxacağı da bilinmir. «The New York Times» Robert Gibbsin «Facebook»da işə düzəlmə planının Obamanın gələcək seçki kampaniyasında iştirakına ciddi hazırlıq olduğunu iddia edir.

Robert Gibbs, Obama ABŞ prezidenti olduğu müddətdən- 2009-cu ilin yanvar ayından Ağ evin rəsmi nümayəndəsi kimi çalışıb. 2011-ci ilin fevralında mətbuat katibi Gibbs «Time» jurnalının jurnalisti Cey Karni ilə əvəz edilmişdir.
XS
SM
MD
LG