Keçid linkləri

Təcili xəbərlər

Donuz qripindən mobil telefonla qorun!


İllüstrasiya
İllüstrasiya

►Proqram əlavəsini “App Store” və “Google Play”dən pulsuz yükləmək olar

Donuz qripi virusu (AH1N1) dünya əhalisini yenə qorxuya salıb.

Özəlliklə, payız və qış aylarında ortaya çıxan ölümcül xəstəliyə texnologiya dünyası da biganə qalmır. Artıq donuz qripiylə bağlı mobil proqram əlavəsi də var.

Boston Uşaq Xəstəxanasında hazırlanan bu proqram əlavəsi insanların sözügedən virus barədə bilgilərini artırır və daha tədbirli davranmalarına yardım göstərir.

Proqram əlavəsi istifadəçilərə xəstəliyin yayıldığı ərazilər, daha çox rastlandığı yaşlar, virusdan ölənlər və xəstəliklə bağlı son durum haqqında bilgi verir.

“HealthMap: Outbreaks Near Me” (sağlamlıq xəritəsi:yaxınlıqdakı yoluxmalar) adlı mobil tətbiq Android və iOS platformalı cihazlar üçün əlçatandır.

Proqram əlavəsini "App Store” və “Google Play”dən pulsuz yükləmək olar.

Ən son yazılan

XS
SM
MD
LG