Keçid linkləri

Təcili xəbərlər

Dövlət, hakimiyyət, hökumət = Sistem


Bizləri bəzən qınayanlar tapılır ki, niyə tənqidi yazılar yazanda konkret adlar çəkmədən "sistem" sözündən istifadə edirik, bəzən isə nədən yazılarda "hakimiyyət" yox, "hökumət" sözü işlədiyimizi soruşurlar. Çalışacağam bu iradlara aydınlıq gətirim.

Dövlət və hökumət fərqli qavramlardır, dövlət bizimdir, hamımızındır, vətəndaşlarındır, hökumət isə vətəndaşlara qulluq göstərən, vətəndaşın vergisi ilə iş görən institutdur.

Dövlət və hökumət fərqli qavramlardır, dövlət bizimdir, hamımızındır, vətəndaşlarındır, hökumət isə vətəndaşlara qulluq göstərən, vətəndaşın vergisi ilə iş görən institutdur. Vətəndaşların ixtiyarı var ki, yaxşı qulluq etməyən hökuməti işdən qovsun, tənqid etsin, seçki yolu ilə dəyişməyə çalışsın. Ona görə də, dövlətə aid məsələlərə həssas yanaşırıq, dövləti öz qürur mənbəyimiz sayırıq, hökuməti isə zay olduğuna görə tənqid edirik.

Hakimiyyət isə bəlli institutların məcmusudur. Hakimiyyət institut olduğuna görə onu gözdən salmaq olmaz. Hakimiyyətə iddiası olan siyasi qurumlar bu qavramın devalvasiyaya uğramasında maraqlı olmamalıdırlar, çünki sabah onlar hakimiyyət olanda bu institutun dəyərdən düşməsindən özləri də əziyyət çəkəcəklər.

Hakimiyyət parlament, hökumət, maliyyə, iqtisadi, seçki, bank, təhlükəsizlik, məhkəmə, ədliyyə, sivil toplum, media, müxalifət kimi institutların fəaliyyətinin toplamıdır. Yəni, bu sahələrin hər biri institutlaşanda, oturuşanda, hakimiyyət anlayışı yaranır, sistem formalaşır. Hər hansı bir ölkədə bu institutların oturuşması, normal fəaliyyəti təmin edildikdə idarəetmə sistemi normal işləməyə başlayır. Bir sözlə, hakimiyyət oturuşmuş və işlək institutlardan ibarət olmalıdır. Əgər hər hansı bir ölkədə bu institutlar oturuşmursa, o ölkələrdə sistem böhranı yaşanır.

Əslində "hakimiyyətə gəlmək" seçki yolu ilə əsas dövlət və hökumət institutlarının idarəçiliyinin hər hansı bir siyasi quruma keçməsi deməkdir.

Əslində "hakimiyyətə gəlmək" seçki yolu ilə əsas dövlət və hökumət institutlarının idarəçiliyinin hər hansı bir siyasi quruma keçməsi deməkdir.

Bizim ölkədə isə "hakimiyyətə gəlmək" hara gəlmək sualını doğurur. Əgər ölkədə oturuşmuş institutlar yoxdursa hakimiyyətə gəlmək - hara gəlməkdir? Maksimum, vəzifəyə gəlməkdən söhbət gedə bilər ki, bu da "hakimiyyətə gəlmək" demək deyil. Yəni, istənilən siyasi qüvvə vəzifəyə gələndən sonra ölkənin problemlərinin həlli ilə bərabər, ölkədə işlək hakimiyyət institutlarının formalaşdırmağa zaman, güc və maliyyə itirməyə məcbur olacaq.

Bu gün ölkəmizdə, təəssüf ki, bir dənə də olsun oturuşmuş, institutlaşmış qurum yoxdur. Parlament, məhkəmə, ədliyyə, təhlükəsizlik, bank-maliyyə, iqtisadi institutlar, sivil toplum, media, müxalifət institutlaşmayıb, oturuşmayıb, işlək və effektiv deyil. Buna görə də, nə islahat aparmaq olur, nə atılan addımlar effekt verir. Nə isə, çətin olacaq dostlar, çox çətin olacaq, amma çətin də olsa bacarmalıyıq, elə dövlətimiz naminə bacarmalıyq. Ümid edirəm ki, bəzi terminlərə, onlara münasibətimizə aydınlıq gətirə bildim....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG