Keçid linkləri

►Avropa Birliyi son günlərini yaşayır?

Bunu iddia və ya təkzib etmək eyni dərəcədə çətindir – belə də ola bilər, elə də...

BÖYÜK BRİTANİYANIN QƏRARINA SÖZARDI...

YOX, BU, YUXU DEYİLDİ...

Avropalı siyasətçilərdən birinin Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq haqqında qərarına çox maraqlı reaksiyasi oldu. Qərardan tam məyus qalan həmin siyasətçi “Lütfən, deyin ki, mən yatmışam və çox pis bir yuxu görürəm!” sözlərini dilə gətirdi...

Amma bu, yuxu deyildi, gerçək həyat idi. Bəli, aylarla, bəlkə də illərlə Britaniyada baş alıb gedən debatlar, axır ki, bitdi: ölkə Birliyi tərk etmək qərarına gəldi...

İndi bunun gələcək nəticləri haqqında danışmaq həm çətin, həm də bir az tezdir.

Əslində, ölkənin daxili həyatı üçün ehtimal olunan nəticələri – Şotlandiyanın və ya Şimali İrlandiyanın Böyük Britaniyadan ayrıla bilməsi ehtimallarını, baş nazirin oktyabr ayınadək öz postundan gedəcəyi barədə bəyanatlarını hamı eşidib...

Ən maraqlısı odur ki, Britaniyanın “eqoizm”ini anlamaq və bundan rasional nəticələr çıxarmaq da elə də asan deyil. Məsələ bundadır ki, bu ölkənin klassik siyasət adamlarından biri – W.Churchill həmişə söylərdi ki, güclü Britaniya güclü Avropa deməkdir...

İndi tam anlaşılmaz bir proses baş verir: Britaniya, faktik olaraq, Avropa ilə bir olmaq və bu birgəliyin məsuliyyətini bölüşmək istəmir.

Təbii ki, hələ bu xüsusda çox yazılacaq, çox şərh və yozumlar olacaq.

Amma indi bir sual hamıya maraqlıdır: Demək olarmı ki, Avropa Birliyi son günlərini yaşayır?

Brexit-in tərəfdarı - Londonun keçmiş meri Boris Johnson: "Bu, qələbədir. Britaniyanın müstəqillik günüdür!"

Brexit-in tərəfdarı - Londonun keçmiş meri Boris Johnson: "Bu, qələbədir. Britaniyanın müstəqillik günüdür!"

Məsələ burasındadır ki, çoxları bəlli qərarın “domino effekti” yaradacağını və digər ölkələri də Birlikdən çıxmağa həvəsləndirəcəyini düşünür. Bunu iddia və ya təkzib etmək eyni dərəcədə çətindir – belə də ola bilər, elə də...

Əsas odur ki, Avropanın aparıcı siyasətçiləri bir neçə gün, həqiqətən, Böyük Britaniyada baş verən proseslərə diqqət kəsilmişdilər. Əsəblər o qədər gərilmişdi ki, siyasət adamları emosiyalarını gizlətməyə də çalışmırdılar. Hətta Almaniya

kansleri A.Merkel prosesə münasibətini çox lakonik şəkildə bildirmişdi: “Bu haqda eşitmək də istəmirəm!..”.

Üstəlik, bir sual da doğur: Demək olarmı ki, dünyada əks tendensiya- millətçilik və təcridçilik baş qaldırır? Məsələ elə bundadır ki, həmin suala təkzibedici bir cavab vermək, insanları arxayın salmaq olmur.

Qərəz, hamı özünü inandırmağa çalışırdı ki, britaniyalılar Birlikdə qalmağa səs verəcək. Amma olan oldu və tam əks nəticə baş verdi...

Təbii ki, təəssüflənməyə əsaslar çoxdur. Avropa Birliyinin qurulmasına yarım əsrdən artıq vaxt sərf edilmişdi. Amma hələ xeyli əvvəldən - N.Bonaparte vaxtından bəri dünyanın bu kəsimini bir görmək cəhdləri və arzuları vardı...

QLOBALLAŞMA BİTDİMİ?

Britaniyalıların qərarı hazırda dünyanın əsas tendensiyası olan qloballaşmaya ciddi zərbədir. Avropa Birliyi bir növ örnək idi. Onun təsiriylə dünyanın müxtəlif regionlarında alyanslar qurulur və hətta Avropa Birliyini təqlid etmək cəhdləri göstərilirdi. İndi bütün bu cəhdlər mübahisə predmeti oldu və onların məqsədəuyğunluğu bir növ sual altına düşdü...

Üstəlik, bir sual da doğur: Demək olarmı ki, dünyada əks tendensiya- millətçilik və təcridçilik baş qaldırır? Məsələ elə bundadır ki, həmin suala təkzibedici bir cavab vermək, insanları arxayın salmaq olmur.

İngilisləri ən çox narahat edən məsələlərdən biri də ölkəyə potensial miqrant axını ilə bağlı idi. Bəli, britaniyalılar belə düşünürdülər ki, ölkənin Birlikdə qalacağı halda böyük miqrant selini qəbul etmək lazım gələcək. Xüsusən Türkiyənin Birliklə yaxınlaşa bilməsindən ehtiyatlanırdılar. Hətta İngiltərə baş naziri məcbur oldu ki, xüsusi bir bəyanat versin və “Türkiyə 3000-cü ilədək Avropa Birliyinə üzv olmayacaq!” sözlərini dilə gətirsin...

Elə məni də proses məhz bu yöndən maraqlandırır. Birincisi, “brexit” Türkiyəyə hansı perspektivi cızır? İkincisi, Avropa Birliyinin çöküşü digər bir qütbdə - MDB-də baş verən dırnaqarası “inteqrasiya” proseslərinə necə təsir göstərə bilər?

BİR ÖLKƏ, İKİ RƏY...

Baş nazirlikdən gedəcəyini elan edən David Cameron bir neçə həftə əvvəl demişdi ki, Türkiyə Avropa Birliyinə 3000-ci ildən tez üzv ola bilməyəcək.

Baş nazirlikdən gedəcəyini elan edən David Cameron bir neçə həftə əvvəl demişdi ki, Türkiyə Avropa Birliyinə 3000-ci ildən tez üzv ola bilməyəcək.

Maksimum dərəcədə lakonik olacağıq. Britaniyanın qərarından sonra Türkiyədə iki ovqat duyulur. Biri budur ki, Britaniyanın Birlikdən çıxması göstərir ki, Avropa Birliyinə üzv ola bilməməyi dərd etməyə dəyməz. Ən azı ona görə ki, Avropa Birliyi hələ hər şey demək deyildir, ondan kənarda da inkişaf və tərəqqi mümkündür.

Yetər ki Türkiyə çox müsbət dəyişikliklərə nail olmuş Avropa ölkələrinin təcrübəsini öyrənsin və onu özündə tətbiq etsin... İkinci baxışla əlaqəli demək olar ki, bəziləri Britaniyanın qərarından sonra Türkiyəyə yeni perspektivlər açıldığını düşünür.

Həm ona görə ki, Britaniya Türkiyənin Birliyə daxil olmasının fəal əleyhdarlarından idi, həm də güman edilir ki, Birlik öz sıralarında yaranmış ciddi boşluğu Türkiyənin hesabına doldurmağa və öz xəritəsini onun hesabına genişləndirməyə çalışa bilər...

AVRASİYA İTTİFAQI İDEYASINI DƏFN ETMƏK OLARMI?

MDB-dəki proseslərə gəlincə, onlar əhəmiyyətli dərəcədə Avropada gedən ciddi inteqrasiya proseslərinin imitasiyası - yamsılanması idi.

Nə qədər qəribə olsa da, milli suverenlik məsələsi bizim qəhrəmanlar – bəzi avtoritar liderlər üçün də ayrıca “önəm” kəsb edir, çünki onlar bunu öz istədikləri kimi idarə etmək, ölkələrinin, sözün əsl mənasında, ağaları olmaq kimi anlayırlar.

Həmin proseslər Rusiyanı da sövq edirdi ki, bəzi keçmiş sovet ölkələrinin Avropaya yönəlmək cəhdlərinin qarşısını alsın və buna bir növ “alternativ”lər təklif etsin. Üstəlik, Avrointeqrasiya prosesləri Rusiyanın əlində bir bəhanə idi. Rusiya bu vaxtadək elə hey eyni arqumenti dilə gətirirdi: “Baxın, Avropa bilrləşirsə, biz – keçmiş sovet ölkələri niyə birləşməyək?”. Halbuki bu iki inteqrasya modeli və fəlsəfəsi arasındakı fərq velosipedlə təyyarə arasındakı fərq qədər olardı...

İndi britaniyalıların qərarı könlündən hələ də Avrasiya İttifaqına qoşulmaq keçən bəzi keçmiş sovet ölkələrinin avtroritar liderləri, həm də keçmiş SSRİ-nin sərhədlərində mütləq nəsə qurmaq fikrindən əl çəkməyən Rusiya siyasətçiləri üçün bir növ soyuq duş ola bilər.

Düşünürəm ki, bu qərar Avrasiya İttifaqının da perspektivinə ciddi təsir edəcək – onsuz da bu vaxtadək real bir iş yox idi, bundan sonra isə, böyük ehtimalla, buna həvəs də qalmayacaq...

Bir məsələni də vurğulayım. Keçmiş sovet ölkələrinin bir qisminin liderləri arasında elələri də var ki, onlar üçün də britaniyalıların qərarı az qala, “ikinci nəfəs” oldu – onlar Avropa Birliyi və Avrasiya İttifaqı arasında qalmışdılar.

İctimai rəy, cəmiyyət onları Avropa Birliyinə tərəf çəkir, öz maraqları isə Avrasiya İttifaqına tərəf itələyirdi. İndi onlar da daha rahat nəfəs ala bilərlər – britaniyalılar milli suverenliyə üstünlük verdilər.

Nə qədər qəribə olsa da, milli suverenlik məsələsi bizim qəhrəmanlar – bəzi avtoritar liderlər üçün də ayrıca “önəm” kəsb edir, çünki onlar bunu öz istədikləri kimi idarə etmək, ölkələrinin, sözün əsl mənasında, ağaları olmaq kimi anlayırlar. Nə demək olar?

Gözünüz aydın, ağalar! ABŞ da dağılsaydı, lap rahat olardınız...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə

Şərhləri göstər

XS
SM
MD
LG