Keçid linkləri

Təcili xəbərlər

İranda qadınlar təşkilatının lideri qadın hüquqlarına qarşı çıxır


İranın könüllü silahlı partizan dəstəsi olan Bəsicin (1979-cu ildə Ayatolla Xomeininin əmri ilə yaradılmış bu təşkilat könüllü polis funksiyasını yerinə yetirir. Onun üzvləri adətən dövlətin onlara verdiyi güzəştlər müqabilində fəaliyyət göstərirlər.) qadın qoluna rəhbərlik edən qadın İranda hər hansı cinsi bərabərlik anlayışını məhv etmək üçün hakimlərdən dəstək istəyir.

Minu Aslaninin cinsi bərabərliyi qanunsuz adlandırdığı bildirilir. O, ölkənin güclü ədliyyə sisteminin dövlətin dəstəklədiyi ayrıseçkiliyə qarşı çıxan şəxslərə qarşı tədbir görməsini tələb edib.

Bundan əvvəl Aslani parlamentdə qadınların sayını artırmaq cəhdlərini qınayıb və məişət zorakılığına qarşı kampaniyaları İran cəmiyyəti və ənənəvi ailə dəyərlərinə qarşı hücum adlandırıb.

“Bu fəaliyyətlər əslində bizim qanunlarımıza qarşıdır və məhkəmə sistemi tədbir görməlidir", deyə "Mehr" xəbər agentliyi Aslanidən sitat gətirib.

Bundan əvvəl Aslani parlamentdə qadınların sayını artırmaq cəhdlərini qınayıb və məişət zorakılığına qarşı kampaniyaları İran cəmiyyəti və ənənəvi ailə dəyərlərinə qarşı hücum adlandırıb. O deyib ki, qadınların hüquqlarının artırılmasına çalışmaq İran qadınlarının özünəməxsusluğunu "korlaya" bilər.

Cinsi zorakılıqla səsləyənlərə qarşı bu hücum nisbi mötədil prezident Hassan Rohaninin müttəfiqlərinə hücum kimi görünür. Rohani 2013-cü ildə qadınların cəmiyyətdə ikinci dərəcəli roluna qarşı çıxacağına söz verib. Hassan Rohani həm də 2017-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Aslani dekabrın 2-də keçirdiyi mətbuat konfransında iddia edib ki, gender bərabərliyi Qərb konsepsiyasıdır və əslində qadınları təcrid edir.

Aslani dekabrın 2-də keçirdiyi mətbuat konfransında iddia edib ki, gender bərabərliyi Qərb konsepsiyasıdır və əslində qadınları təcrid edir.

"Bu, Qərbdə qadınların tənha qalması ilə nəticələnmiş yoldur. Təəssüf ki, bu ölkədə bəzi adamlar bu köhnəlmiş Qərb nümunəsini təqib edirlər. Bu, insan təbiətinə ziddir", deyə o bildirib.

Aslani BMT Baş Katibi Pan Qi Munun səkkiz il əvvəl başladığı "Qadınlara qarşı zorakılığa son qoymaq üçün BİRLƏŞİN" kampaniyasını da tənqid edib. Kampaniyanın məqsədi qadın və qızlara qarşı zorakılıq barədə maarifləndirmə aparmaqdır.

Aslaninin iddiasına görə, hər ayın 25-ci gününü "Narıncı gün" elan edən bu təşəbbüs qadın və qızlara təlqin edir ki, onlar öz sevgi və şəfqətlərini öz ailələrinə verməməlidirlər.

"Nəyə görə bizim ölkəmizin rəsmi şəxsləri BMT qarşısında yaxın 15 il ərzində gender bərabərliyinə nail olacaqları barədə öhdəlik götürüblər?" - deyə Aslani jurnalistlərdən soruşub.

Buna da bax: Mötəbər təşkilatın əməkdaşlarına qarşı irəli sürülmüş ittihamdan seçmələr

Aslani bildirib ki, İran qadınların cəmiyyətdə fəal olmasına, lakin eyni zamanda ailələrinə "emosional dəstək" vermələrinə yönəlmiş plana malik olmalıdır.

"İctimai və iqtisadi fəaliyyətlə yanaşı, müsəlman qadınının əsas kimliyinin mərkəzində onun ana kimi rolu dayanır", - o deyib.

Aslani İranın qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Molaverdini də tənqid edib. Molaverdi ölkədə gender bərabərliyi məsələsini qaldırmaqla sərt siyasət tərəfdarlarını qəzəbləndirib. Vitse-prezident bu yaxınlarda hətta 25 noyabr - Beynəlxalq qadınlara qarşı zorakılığa son qoyulması günü ilə bağlı tvit paylaşıb.

XS
SM
MD
LG